Menu

"İlk olaraq övladlarımın yanına gedəcəyəm" - Əfv olunan qadın məhkum

26.05.2024, 19:04
"İlk olaraq övladlarımın yanına gedəcəyəm" - Əfv olunan qadın məhkum

"Prezidentimizə təşəkkür edirəm, məni üç övladıma, ailəmə bağışladı".

Oxu.Az xəbər verir ki, bunu bu gün 4 saylı cəzaçəkmə müəssisəsindən əfv olunaraq çıxan məhkum Gülüş Fətəliyeva deyib.

O bildirib ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə hökm olunmuşdu: "Ümumilikdə doqquz il həbs cəzasına məhkum edilmişdim. Cəzamın altı ilini çəkdim, üç ilini isə bağışlandım. İlk olaraq övladlarımın yanına gedəcəyəm, onları öpüb bağrıma basacağam".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol