İrəvanda keşiş Baqrat Qalstanyanın başlatdığı etiraz aksiyalarında daha bir deputat həbs olunub.
“AzPolitika” xəbər verir ki, saxlanılanlar arasında Koçaryan-Sarqsyan cütlüyünün “Ermənistan” blokundan olan deputatı Aşot Simonyan da var. Polisin onu döyə-döyə həbs etdiyi bildirilir.
Simonyan öz maşını ilə yolu kəsib. İnternetdə polisin deputat Aşot Simonyanı həbs etməyə çalışarkən necə vurduğunu əks etdirən videomaterial peyda olub.
Öz növbəsində polis deputatın həbs edilməsi faktı ilə bağlı xidməti araşdırmaya göstəriş verildiyini bildirib.
“AzPolitika.info”

Şərhlər
Nətəri şeydirsə bilmirəm mənim deputat döyüləndə xoşum gəlir.Elə bil adamın ürəyindən tikan çıxır. 3-4 il bundan əvvəl Ukraynada bir depudatı tutub yaxınqdakı zibil yeşiyinə dürtmüşdülər. O gözəl mənzəə yadıma düşəndə hələ də gülürəm. Videonu şəxsi arxivimin qızıl fonduna köçürmüşəm. Yalan olmasın bəlkə də 50 adama göstərib 100 adama göndərmişəm.