Azərbaycan ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada ikinci yerdədir.
“AzPolitika” xəbər verir ki, “World Statistics” resursunun hesabatında belə deyilir. Dərc olunan cədvəldən görünür ki, ölkəmiz hər 100 min nəfərə 388 ölüm faktı ilə yalnız Tacikistandan geri qalır. O da cəmi bir ölüm faktı fərqi ilə. Tacikistanda bu göstərici 389-dur.
İlk onluğa Özbəkistan (354 ölüm), Ukrayna (305 ölüm) və Belarus (282 ölüm) da daxildir.
Siyahıda Rusiya 27-ci, Qazaxıstan 35-ci, İran 54-cü, Türkiyə isə 117-ci yerdədir.
Yaponiya, Fransa və Cənubi Koreya daha az riskli ölkələr kimi sıralanır və reytinqdə ən aşağı üç yeri tutur: 181-ci, 182-ci və 183-cü. Bu statistika Azərbaycanda səhiyyə sistemindən tutmuş sosial həyata qədər vəziyyətin necə olduğuna dair müəyyən təsəvvür yaradır.
“AzPolitika.info”

Şərhlər
həm də hakimiyyətimiz oxuyub ləzzət alsınlar
Həkimlərimiz oxuyub ləzzət alsınlar...
Camaat bir tikə çörəyini güclə qazanır.Eşidirsən 43-53 rəhmətə gedib.Kişi olmaq üçün çörək aparmaq lazımdır iş yoxdur taksi idi onuda bağladız.
Hakimittət səhiyyəni yaddan çıxaranda.əhalinin güzəranını unudanda,dərman bahalığını nəzarətdən kənar saxlatanda nə olmalıdır ki?Hələ qida məhsullarının keyfiyyətinə nəəarətin AQTA kimi rüşvət maşınına verilməsi bir yana!