Menu

“Putin “bronejilet”lə gəzir...” - “FSB” tövsiyə edib

05.06.2024, 10:39
“Putin “bronejilet”lə gəzir...” - “FSB” tövsiyə edib

Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizlik tədbirləri görünməmiş dərəcədə gücləndirilib - indi o, qapalı olmayan yerlərdə keçiriən tədbirlərdə iştirak edərkən gülləkeçirməz jilet geyinir. 

“AzPolitika” xəıbər verir ki, bu barədə “The Moskow Times” məlumat yayıb.

Nəşrin bu məlumatı iki Rusiya rəsmisindən və Kremlə yaxın mənbədən aldığı bildirilir.

Rəsmilərdən birinin dediyinə görə, Putin “FSB” və onun təhlükəsizliyini təmin edən xidmətin tövsiyəsi ilə 2023-cü ildən zirehli geyim geyinməyə başlayıb. Qeyd olunur ki, məsələn, bu il mayın 9-da keçirilən parad zamanı Putin dəqiq gülləkeçirməz jilet geyinib.

Rusiya nəşrinin söhbət etdiyi britaniyalı təhlükəsizlik məsləhətçisi Jade Miller də bununla razılaşır. O, Putinin paraddakı çıxışının videosunu tədqiq edib və onun həqiqətən də gülləkeçirməz jilet geyindiyi qənaətinə gəlib.

Bundan əlavə, Putini həmin tədbirdə 20-yə yaxın şəxsi mühafizəçi qoruyub və yaxınlıqdakı binaların damlarında snayperlər növbətçilik edib.

“AzPolitika.info”

Şərhlər

Tahir 2024-06-05 14:41:44

Kim bilir? Bəlkə Putini elə damdakı snayperlər kəlməsindən vuracaqlar. Kəlləsində bronejilet yoxdu ki... Həm də sanki xəbərdar edirlər ki, "əynində jilet var, vurmaq istəyən başından vursun...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol