Menu

"31 maydan sonra Ukrayna müharibə taktikasını kökündən dəyişib" - Röpke

05.06.2024, 14:18
"31 maydan sonra Ukrayna müharibə taktikasını kökündən dəyişib" - Röpke

Ukrayna Silahlı Qüvvələri qəfildən taktikasını dəyişərək ABŞ raketləri ilə Rusiya ərazilərinin dərinliyinə zərbələr endirməyə başlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşrinin hərbi eksperti Yulian Röpke məlumat yayıb.

O, mayın 31-dən ABŞ hakimiyyətinin Rusiya ərazisindəki hədəflərə qarşı Qərb silahlarının istifadəsinə icazə verməsindən sonra Ukrayna Silahlı Qüvvələrinin taktikasının kökündən dəyişdiyini iddia edib.

Ekspert qeyd edib ki, hazırda Ukrayna ordusunun PUA-ları Rusiyanın Belqorod və Kursk vilayətlərində zərbə endirmək üçün önəmli hədəf axtarışındadır. Röpkenin sözlərinə görə, həmin hədəflər aşkar edilən kimi, Ukrayna yüksək dəqiqlikli Qərb silahları ilə həmin hədəflərə atəş açır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol