Ötən ay Türkiyədə keçirilən rəsm sərgisində tanınmış azərbayanlı rəssam Mikayıl Abdullayevin “Şuşa qarlar altında” əsərini 2 milyon dollara almaq istəyiblər. Amma son anda alqı-satqı baş tutmayıb. Əsərə bu məbləği ödəmək istəyən şəxsin erməni olması məlum olduğuna görə sərgini keçirən, əslən Gürcüstandan olan azərbaycanlı şəxs ona mane olub.

Bu barədə “AzPolitika”-nı bilgiləndirən mənbənin sözlərinə görə, ötən əsrin 70-90-cı illərində yaradıcılığı ilə məşhur olan azərbaycanlı rəssamların qiymətli əsərləri Türkiyədə bəzi işbazların əlinə keçib. Onların sırasında Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Nadir Əbdürrəhmanov, Həsən Ağayev, Qafar Seyfullayev, Mirismayıl Əli Səttar və başqa rəssamlarımızın adı çəkilir.
Qeyd olunur ki, onların özləri və ya yaxınları vaxtı ilə imkansızlıqdan nadir əsərlərini dəyər-dəyməzinə satıblar. Onlara sahiblənən işbazlar isə müxtəlif sərgilərdə əsərləri baha qiymətə sataraq böyük gəlirlər əldə edirlər. O da bildirilir ki, bu əsərlərin bəziləri beynəlxalq “Helitich” fondu tərəfindən satın alınıb.
Ümid edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi bu məsələ ilə dərindən maraqlanacaq və rəssamlarımızın qiymətli əsərlərinə sahib çıxıb onların ölkəyə gətirilməsini təmin edəcək.
Rasim
“AzPolitika.info”

Şərhlər
Mədəniyyət Nazirliyi vaxti ilə Incəsənət muzeyindən oğurlanmış alman və flamand rəşamlarının əsərlərinin taleyinə aydınliq gətirsin əvvəlcə. Bizim nazirlik muzey üçün əsərlər almağı, necə deyərlər - bu işə pul yatırmağı lazım bilmir.