Menu

ABŞ Dövlət Departamenti İsrailə xəbərdarlıq edib

06.06.2024, 08:34
ABŞ Dövlət Departamenti İsrailə xəbərdarlıq edib

ABŞ Dövlət Departamenti İsrailin Livana qarşı mümkün əməliyyatına qarşı olduqlarını bildirib.

APA xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller prosesi yaxından izlədiklərini və bundan çox narahat olduqlarını bildirib.

Gündəlik mətbuat konfransında danışan Dövlət Departamentinin rəsmisi İsrailin şimal sərhədində "Hizbullah"la artan gərginliyinə də münasibət bildirərək hər kəsin hazırda Qəzzada atəşkəsə nail olmaq üçün çox çalışdığı bir vaxtda İsrailin şimal sərhədində "Hizbullah"la yeni münaqişəyə girməsinin İsrailə və bölgədəki digər aktorlara fayda verməyəcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol