Hazırda dünyada ən bahalı şirkətlərin adları açıqlanıb. İqtisadiyyat.az bu barədə dünya statistika təşkilatında araşdırma aparıb.
ABŞ-nin texnologiya şirkəti olan "Microsoft" 3,151 trilyon dollarlıq bazar dəyəri ilə dünyanın ən bahalı şirkəti hesab olunur.
Artıq bu gündən etibarən Kaliforniyadakı çip istehsalçısı olan "Nvidia"nın bazar dəyəri ilk dəfə 3 trilyon dolları ötüb və o, "Apple" şirkətini geridə qoyaraq ikinci ən qiymətli şirkət olub.
Bazar dəyərinə görə ən qiymətli şirkətlər isə bunlardır:
| Şirkət | Bazar dəyəri |
| Microsoft | 3,151 trilyon dollar |
| Nvidia | 3,011 trilyon dollar |
| Apple | 3,003 trilyon dollar |
| Alphabet | 2,177 trilyon dollar |
| Amazon | 1,886 trilyon dollar |
| Saudi Aramco | 1.843 trilyon dollar |
| Meta | 1.255 trilyon dollar |
| Berkshire Hathaway | 885.12 milyard dollar |
| TSMC | 845.02 milyard dollar |
| Eli Lilly | 790.50 milyard dollar |
| Broadcom | 654.85 milyard dollar |
| Novo Nordisk | 628.05 milyard dollar |
| JPMorgan Chase | 566.46 milyard dollar |
| Visa | 561.65 milyard dollar |
| Tesla | 558.10 milyard dollar |

Şərhlər