Menu

Avro-2024-ün favoritləri açıqlandı – Türkiyə neçənci sıradadır?

06.06.2024, 16:11
Avro-2024-ün favoritləri açıqlandı – Türkiyə neçənci sıradadır?

“Opta” statistika agentliyi futbol üzrə Avropa çempionatının favoritlərini açıqlayıb.

“AzPolitika” xəbər verir ki, turnirin favoriti 19,9%-lə İngiltərə milli komandası olub. İlk üçlüyü 19,1%-lə Fransa və 12,4%-lə Almaniya yığmaları tamamlayıb. Ev sahibi Almaniyanın şansı -12,4%, İspaniyann - 9,6%, Portuqaliyanın isə 9,2% qiymətləndirilib. AVRO-2024-də iştirakı maraqla gözlənilən qardaş ölkə Türkiyənin milli komandası isə 1,5%-lə turnirin 11-ci favoriti olub. 

Statistik təhlildə Portuqaliya, Çexiya və Gürcüstan yığmaları ilə birlikdə F qrupunda mübarizə aparacaq Türkiyənin qrupu ikinci sırada bitirərək 16/1 mərhələsinə yüksələcəyi bildirilib. 

F qrupundakı komandaların qrupdan çıxma şanslarının göstəricisi bu formada olub:

1. Portuqaliya – 93,6%;

2. Türkiyə - 74,2%;

3. Çexiya – 60,7%;

4. Gürcüstan – 37,2%.

Qeyd edək ki, Almaniyanın ev sahibliyində 24 komandanın mübarizə aparacağı AVRO-2024 çempionatı iyunun 14-də start götürəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol