Bir neçə gün bundan öncə bir sıra KİV-də Dövlət Dəniz Administrasiyasının sabiq rəisi Aydın Bəşirovun səhhətində yaranmış problemlərə görə Azərbaycanı tərk etdiyi bildirilirdi.
Ucnoqta.az -ın əməkdaşı bununla bağlı keçmiş rəis Aydın Bəşirovla əlaqə saxlayıb. O açıqlamasında yayılan xəbərləri tamamilə təkzib edib. “Götürüb özlərindən ağıllarına gələni yazırlar. Mən cavan, cağbacağ oğlanam. Qələt eliyir onu yazanlar. Mən oturub Bakıda çay içib, çörəy yeyirəm, onlar yazır ki, Almaniyaya getmişəm. Boş sözlərdi hamısı.”
Öz açıqlamasında Aydın Bəşirov onun bu yaxınlarda böyük rayonlardan birinə icra başçısı təyin olunacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. “Bunların işi-gücü yoxdur. Camaaat özündən söz çıxardır. Ara qızışdırıb məni qıcıqlandırmaq istəyirlər. Keçi nə haydadı, qəssab nə hayda. Mən oturub keyfimlə, istirahətimlə məşğulam.
Mən Prezidentimizin əsgəriyəm. Allah onun canını sağ eləsin. O məni ölümdən qurtarıb. İşləmirəm özü bilər, iləyərəm özü bilər. Desə, get filan yerə, mən də gedərəm. Nə desə, o da olacaq”.

Şərhlər