ABŞ Prezidenti Co Baydenin iyunun 5-də başlayan Fransa səfərindən qəribə və anlaşılmaz görüntülər gəlməkdə davam edir.
"AzPolitika" xəbər verir ki, ötən gün yayımlanan kadrlarda fransalı həmkarı Emmanuel Makronla birlikdə II Dünya müharibəsinin gedişini dəyişdirən müttəfiqlərin Normandiyaya enişinin 80-ci ildönümünə həsr olunan mərasimdə iştirak edən Baydenin olmayan stula əyləşmək istəməsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.
Bu gün yayımlanan növbəti bir videoda isə 81 yaşlı Co Baydenin mərasim zamanı ani şəkildə səhnəyə arxasını çevirərək, bir anlıq donub qaldığı görünüb. Həmin görüntlərdən məlum olur ki, Baydenin yanında çaşqın vəziyyətdə duran Makron və onun həyat yoldaşı ABŞ liderinin bu anlamsız hərəkətini ört-basdır etmək üçün arxaya çevrilir, guya kimisə salamlayırmışcasına saxta görüntüər verməyə çalışırlar.
Sözügedən görüntüləri təqdim edirik:


Şərhlər