“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Narkomaniya təhlükəsi barədə maarifləndirmə” adlı layihənin icrasına başlayır.
Layihənin icrası 3 ay müddətində 6 rayonda həyata keçiriləcək.
"Son dövrlər, bütün dünyada olduğu kimi, Azərbaycanda da narkomaniyanın yayılması artan xətlə davam edir. Azərbaycan coğrafi mövqeyinə görə bizi istəməyən dövlətlərin əhatəsində yerləşir. Onlar iqtisadi, siyasi, mədəni sahədəki inkişafımızı qəbul etmədiklərindən gəncliyimizi narkotik yolu ilə məhv etməyə çalışırlar. Tədbirlərimizdə iştirakçılara izah olunacaq ki, bu bəladan uzaq durmağın yolu inzibati yox, maarifləndirmə yoludur", - deyə təşkilatın açıqlamasında bildirilir.



Şərhlər
Maarifləmələrdən öncə narkotik vasitələrin Azərbaycana daşınmasını təşkil edən qurum (Dövlət Sərhəd Xidməti,Dövlət Təhlükəsizlik Xidməti və Daxili işlər Nazirliyində bu sahəni kurasiya edən,təşkil edən,satışında fəal olan ) vəzifəlilərin ortaya çxarmaq və qarşısın almaqlazımdır.bU edilməsə heç bir çağırışın.tədbiirin mənası olmayacaqdır.Bütün narkotacirləri DİN -nin əməkdaşları tanıyır və bilir.Ancaq iş nə səbəbdəncə sona bilərəkdən çatdrıılmır.