“RUSİYA ELƏ BİLİRDİ Kİ, AZƏRBAYCAN HEÇ VAXT ŞUŞANI ALA BİLMƏZ...” - “Rus qoşunları Azərbaycan sərhədinə doğru irəliləyirdi...”
![](https://static.azpolitika.info/storage/news/37e8dbdbfa96499995f9c78789fbd6d4/6a742871-f04e-4f23-9d42-47b92e2053bd.jpg)
![](https://azpolitika.info/images/views.png?id=758282&lang=az&x=1738737891.5607)
![](/images/ajax-loader.gif)
Ümid Partiyasının sədri, keçmiş millət vəkili İqbal Ağazadə “AzPolitika”-ya müsahibəsində Rusiyanın Xankəndində konsulluğunun açılmasına dair bəyanatları, Moskvanın Cənubi Qafqaz siyasəti, eləcə də regionda və dünyada gedən digər proseslərlə bağlı sualları cavablandırıb.
Müsahibənin birinci hissəsini təqdim edirik:
- İqbal bəy, əvvəlcə Rusiyanın Xankəndində konsulluq açmaq niyyəti ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Bu niyyətin elan olunması aydın səmada ildırım çaxmasına bənzədi. Çünki sülhməramlılar ölkədən gedib, Qarabağda nə erməni, nə də Rusiya vətəndaşları yoxdur, ona görə də konsulluğun açılması ilə bağlı Vyana Konvensiyasında nəzərdə tutulan əsaslar mövcud deyil. Amma Rusiya rəsmilərindən son olaraq Xarici işlər nazirinin müavini Qaluzin də dedi ki, bu barədə Azərbaycan rəsmiləri ilə müzakirələr aparırılar. Sizcə, məsələnin mahiyyəti nədən ibarətdir?
- Rusiya regiondan çıxmadığının və Qarabağın hələ də onun təsirində ola biləcəyinin mesajlarını verir. Kreml bu mesajları bu gün üçün vermir.
Vyana Konvensiyasının tələblərinə görə, konsulluq açılması üçün fərqli şərtlər lazımdır. Bu şərtlərin heç biri Xankəndinə uyğun gəlmir. Məsələn, Azərbaycanın Təbrizdə konsulluğu var. Niyə var, hər kəs bilir. Yaxud da Azərbaycanın İstanbulda konsulluğu var.
- Sankt-Peterburqda, Yekaterinburqda da var. Yəni, azərbaycanlılar yaşayan yerlərdədir konsulluqlar...
- Bəli, bu, olduqca ciddi məsələdir. Rusiyanın isə bölgəyə heç bir bağlılığı yoxdur və o cümlədən hələ orada əhali məskunlaşmayıb. Orada konsulluğun açılması bəlkə də “Türkiyənin Şuşada konsulluğu açılacaq” bəyanatına və Azərbaycanın buna münasibətinə cavab idi ki, “mən də regionda varam”.
Prosesin ciddi olacağını və ya gələcəkdə bunun gerçəkləşəcəyini güman etmirəm. Azərbaycan tərəfi bu məsələdə susur və doğru edir. Susmaq bugünkü reallıqlar çərçivəsində ən doğru qərardır. Çünki münasibətləri gərginləşdirməyin heç bir mənası yoxdur.
- Biz ancaq rəsmi bəyanatları görürük, onlar da bəzən çox gecikir, bəzən də heç olmur. Rəsmi bəyanat var ki, artıq Xankəndindəki düşərgə bağlanıb. Amma bunun ardınca Qriqori Karasin və Qaluzin konsulluq məsələsini ortaya atmaqla qeyri-müəyyənlik yaratmağa çalışırlar. Sizcə, Rusiyanın ümid etdiyi geosiyasi proseslərin fonunda qarşıda hansı hadisələri görə bilərik?
- Hesab edirəm ki, bu istiqamətdə Azərbaycanın taktikası doğrudur. Həm daha dərin məlumatların verilməməsi, həm də bəzi şeylərə sərt yanaşma...
- Niyə?
- Çünki Rusiyanın taleyi hələ bəlli deyil və Moskva bu gün faktiki olaraq postsovet ölkələrinə qarşı çox sərt münasibətdədir. Çox təəssüflər olsun ki, politoloq adına, ekspert adına belə şərhlər verirlər ki, Rusiyanın Cənubi Qafqaz siyasəti dəyişib, qərara alıb ki, Azərbaycanla xoş münasibətdə olsun, Türkiyə - Azərbaycan münasibətləri çərçivəsində yeni mərhələ qurulsun və s. Bu fikirlər yanlışdır. Putin də, onun çevrəsi də, Rusiyanın səlahiyyətli nümayəndələri də postsovet ölkələrinin hamısını özlərinin əraziləri hesab edirlər və bu ölkələrin müstəqilliyini demək olar ki, qəbul etmirlər. Rusiyanın dini və milli nöqteyi-nəzərdə ən böyük qardaşlığı, bağlılığı Ukrayna və Belarus xalqları ilədir. Rusiya bu gün bu xalqların müstəqilliyini həzm edə bilmirsə, məntiqlə Azərbaycanın və ya digərinin müstəqilliyini niyə həzm etsin və yaxud da onları öz torpağı hesab etməsin? Rusiyanın bugünkü dönəmdə aqressiv siyasət yürütmək imkanlarını nəzərə alaraq, Azərbaycan tərəfi həm informasiya, həm təhlil nöqteyi-nəzərdən bir az xəsislik etməlidir. Bu da rəsmi qurumlara aiddir. Hökumət bu istiqamətdə ölçülü-biçili addımlar atmalıdır. Çünki Rusiyanın edə biləcəklərinin sərhədləri bəlli deyil.
- Regionda Türkiyə faktorunu və müharibədən dolayı Rusiyanın imkanlarının məhdudlaşdığını nəzərə alsaq, həmin aqressiv təsirlər indiki dövrdə nə dərəcədə realdır?
- Çox realdır. Yeni müharibənin baş verməməsi və ya Rusiyanın Cənubi Qafqazda aqressiv addımlar atmaması üçün tək Türkiyə faktoru yetərli deyil. Necə ki, Ukraynaya müdaxilənin qarşısını almaqda tək ABŞ və Avropa Birliyi faktoru yetərli olmadı. Ukraynada müharibə başladısa, torpaqları zəbt olunursa, işğal davam edirsə, gündə hər iki tərəfdən minlərlə insan ölürsə, şəhərlər dağılırsa, dinc əhali köçürsə, deməli, tək Türkiyə Azərbaycanın təhlükəsizliyi üçün yetərli olmaya bilər. O cümlədən, Ermənistan və digərləri üçün də bu faktor yetərli deyil. Çünki Rusiya bu gün dünyanı nüvə silahı ilə təhdid edir. Rusiya Azərbaycan kimi kiçik və yaxud da Türkiyə kimi NATO-nun bir üzvü olan ölkəni yox, bütövlükdə dünyanı, bütöv Avropanı təhdid edir. Hətta animasiya filmləri də göstərirlər ki, nüvə zərbəsindən sonra ABŞ-nin, Böyük Britaniyanın ayrı-ayrı şəhərləri neçə dəqiqə ərzində məhv olacaq.
- Amma bu əzələ nümayişində bir az da blef var...
- Əslində bu, bir az da qorxu nəticəsində risklərin artdığının göstəricisidir. Bütün risklər nə zaman artır? O zaman artır ki, insan təhlükə hiss edir. Bu gün Rusiya təhlükə hiss etdikcə, təhlükənin riski artdıqca, təbii ki, Putinin də, Rusiyanın da edə biləcəkləri çox şeylər ortada ola bilər. Ən azı, biz yaxın zamanlarda Ukrayna ərazisində tətbiq olunacaq Qərb, NATO silahlarının nəticələrini görmüş olacağıq. Çünki artıq hədələmələr başlayıb ki, ballistik raketlər Avropanın şəhərlərinə düşə bilər. Demirəm ki, Rusiya nüvə silahı tətbiq edəcək, amma taktiki nüvə silahının istifadəsi Rusiya üçün son variantlardan biridir. Buna görə də təkcə güclü Türkiyənin olması Azərbaycanın təhlükəsizliyi üçün təminat deyil. Çünki bu istiqamətdə çox böyük boşluqlar var. Bilirsiniz ki, Türkiyə ilə Rusiya bir neçə mərhələdə üz-üzə gəliblər. Suriyada, Liviyada, rus diplomatın öldürülməsi məsələsində, Qara dəniz böhranında və s. Bunun çoxu tərəflərin heç birinin güzəştə getməməsi, əksinə, mövqelərində sabit qalması və yaxud da bir-birinin maraqlarının qorunması baxımından həll olunan məsələlərdir. Heç birində qarşıdurma müstəvisinə keçməyiblər. Məsələn, Suriyada nə Türkiyə geri çəkilmədi, nə də Rusiya. Amma bir-birilərinin maraqlarını da təhdid etmədilər. Əlbəttə, burada Türkiyənin dövlət kimi də maraqları var. Bu maraqlar çərçivəsində Azərbaycan naminə bir qədər irəli gedilə bilər.
Qeyd etdiyim kimi, Rusiya öz siyasətinin aqressiv dönəminə daxil olub. Rusiya o dərəcədə aqressivdir ki, gecənin birində Ermənistanda da, Gürcüstanda da hər hansı proseslər baş verə bilər.
- Ermənistan Rusiyadan 70-80 faiz iqtisadi asılılığı olan bir ölkədir. Sərhədlərini də, hava məkanını da Rusiya qoruyur, orada hərbi bazası da var. Amma biz Paşinyan hökumətinin öz müttəfiqinin aqressiyasını nəzərə almadan ardıcıl anti-Rusiya xəttindən çıxış etdiyini görürük...
- Bu gün Rusiyanın Ermənistandan daha çox asılılığı var. Çox təəssüf ki, bunu da ekspertlər, jurnalistlər nəzərə almırlar. Rusiya neftinin ikinci ən böyük çıxış məkanı Hindistandır. Hətta bu gün 7-8 milyard barrel neftin Hindistan sərhədlərində olduğu və bundan əvvəl də bu qədər neftin satıldığı barədə informasiyalar var. Bu pulların yüzdə yüzü Ermənistan üzərindən ya silah şəklində, ya da pul şəklində Rusiyaya qayıdır.
- Bunlar təsdiqlənmiş məlumatlardır?
- Bunu prosesləri izləyən hər bir siyasətçi bilə bilər. Hindistan Ermənistana silah satır. Bu silahlara verilən pulların miqdarı büdcədə nəzərdə tutulmayan böyük vəsaitlər idi. Hindistanla Rusiya arasındakı müqavilənin icrası bir qayda olaraq rupi üzərindən olub. Bu, harada gerçəkləşirdi? Rusiya rupini gətirdi və neynədi? Demək, rupi gəlmir. Beynəlxalq hesabatların birində Ukraynaya qarşı işlədilən silahlarda nə qədər Hindistan istehsallı vasitələrin, yedəklərin olduğu barədə məlumatlar var.
- Bəs Qərb niyə buna göz yumur?
- Qərbin burada ikili yanaşması var. Qərb Ermənistanın əsas xəttinin Rusiyadan ayrıla biləcək imkanları nəzərə alaraq, bəzi məqamlarda onun bu yolla dirçəldilməsi və bu istiqamətdə qazanacağının maksimumunu əldə etməsi üçün şərait yaradır. İkincisi, Rusiya ilə bütün yollar qapadılmayıb. Gəlin etiraf edək ki, bu gün təkcə elə Çindən Avropaya Rusiya - Belarus dəmiryolu vasitəsilə gedən malların həcmi 35 faiz azalıb. Amma digər ölkələr yenə də həmin yollarla mal aparırlar. Rusiya bütövlükdə blokadaya alınmayıb, bütövlükdə iqtisadi sanksiyalara məruz qalmır. Rusiyanın bəlli açıq sahələri var. Rusiya Avropanın ümumi xammal ehtiyatlarının 65 faizini öz ərazisindən təmin edirdi, indi bu göstərici 42 faizdir. Yəni, çox az, cəmi 23 faiz miqdarında azalmalar var. Bu gün Ukrayna ərazisindən keçən qaz kəməri ilə Avropaya mavi yanacaq ötürülmürmü?
- Ötürülür, amma həcmi azalıb.
- Bəli. Yəni, bu azalmalar var, lakin bütövlükdə Rusiya bu məsələlərdən kənarlaşdırılmayıb. Ona görə də Ermənistan üzərindən daşımalar bu istiqamətdə açıq saxlanır və onun iqtisadiyyatında, maliyyə bazarında pulun bölüşdürülmə məsələlərinə baxanda çox aydın görürsən ki, bu pullar silahlarla əvəzləşdirilib.
- Rusiyapərəst qüvvələr Paşinyanı devirməyə çalışır. Açıq-aydın görünür ki, Rusiyanın ənənəvi müttəfiqləri - kilsə, hazırkı müxalifət, diasporun bir hissəsi bu işə cəlb olunub. Bu prosesdən nə gözləyirsiniz?
- Əvvəla onu qeyd edim ki, Rusiya Paşinyan üzərində 1992-ci ilin Yeltsin ssenarisini gerçəkləşdirməyə çalışır və 2020-ci ildəki hadisələri əslində bu ssenari üzərində düşünmüşdülər. Yeltsin-Ter-Petrosyan ssenarisini, Putin-Paşinyan ssenarisinə çevirməyə çalışdılar. Yeri gəlmişkən, bu ssenaridən birinci dəfə Qorbaçov istifadə etmişdi. 1991-ci ilin 17 martında SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirildi. Bilirsiniz ki, bu referendumun keçirilməsi ilə bağlı yerli məclislər qərar verməli idi. Ermənistan parlamenti SSRİ-nin saxlanılma referendumuna “yox” dedi və onu boykot etdi. Azərbaycan tərəfi isə referendumda iştirak etdi. Təxminən 93 faiz səs çoxluğu ilə Azərbaycan SSRİ-nin saxlanılmasına səs verdi. Bunun əvəzində Qorbaçov Azərbaycana yönəlik bir addım atdı. Azərbaycanın o dövrdəki xüsusi təyinatlı polis dəstəsi olan “OMON”a Dağlıq Qarabağ ərazisində antiterror tədbirləri keçirməyə icazə verdi. Aprel ayında bu antiterror tədbirləri başladı, bizim məşhur Çaykənd, Buzluq, Mənəş, Erkəc kəndləri, o cümlədən Xocalı aeroportunun götürülməsi və uçuşlara nəzarət, Milli Qəhrəman Əlif Hacıyevin ora komandir təyin olunması baş verdi. Çox təəssüf ki, o dövrdə - 21 May 1991-ci ildə Azərbaycan Xalq Cəbhəsi beynəlxalq ictimaiyyətə müraciət edən bir bəyanat qəbul etdi.
- Nə bəyanat idi?
- Bəyantda deyilirdi: “Dağlıq Qarabağdan ziddiyyətli xəbərlər gəlir. Dinc əhali arasında ölən və yaralananlar var. Bu halı qətiyyətlə pisləyirik və bunun durdurulmasını istəyirik”. Ardınca da qeyd olunurdu ki, “biz bilirik ki, bu antiterror tədbirlərinin həyata keçirilməsi heç də Azərbaycanın hüquqlarının müdafiəsi üçün deyil, Ermənistanda demokrat Ter- Petrosyanı kommunistlərlə əvəz etmək üçündür”.
Səhv etmirəmsə, III İnternasionalın qurultayında bir qrup azərbaycanlı siyasətçisi tərəfindən bu bəyanat təqdim olundu və İnternasional da Qorbaçova müraciət etdi. Bir iyunda hücumlar dayandı. İkinci prosesə gəlincə, Mütəllibov hakimiyyətə qayıda bilmədikdən sonra Azərbaycanda 7 iyunda prezident seçkiləri keçirildi. 12 iyun 1992-ci ildə Azərbaycan əks-hücum əməliyyatı ilə torpaqlarını işğaldan azad etməyə başladı və 6 iyul 1992-ci ildə Ağdərəni işğaldan azad etdi. Bu zaman demokrat Ter-Petrosyan üzünü Qərbə tutmuşdu. Belə vəziyyətdə 13 iyul 1992-ci ildə Ter-Petrosyan Moskvaya səfər etdi və Rusiya ilə Gümrüdə rus qoşunlarının yerləşdirilməsi ilə bağlı razılıq bəyanatı imzaladı. 21 avqust 1992-ci ildə rus qoşunları Gümrüdəki hərbi bazasını təşkil etdi və Azərbaycan torpaqlarının işğalı başladı. Beləliklə, rus siyasətinin Cənubi Qafqazda yeni dönəminə start verildi.
2018-ci ilin may ayında Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Rusiya tərəfindən eyni ssenarilər oynanılmağa başlandı. Paşinyan Rusiyadan uzaqlaşmağa çalışdı, Azərbaycan sərhədindəki təxribatlardan, 2020-ci ilin 12-14 iyununda Tovuz hadisələri, mərhum generalımız Polad Həşimov, polkovnik İlqar Mirzəyev və bir qrup hərbçimiz şəhid edildikdən sonra xalqın meydana çıxması və 2020-ci ilin sentyabrın 27-də əks-hücum əməliyyatlarının başlaması baş verdi. Çox ümid edirdilər ki, Paşinyan bir yerdə dayanıb biət edəcək. Oktyabrın 20-sində, 27-sində Mirzoyanla Lavrov arasında baş tutmuş görüşlərdə də Paşinyan mövqeyindən geri durmadı. Burada Rusiya sadəcə olaraq Azərbayanın hərbi gücünü, cəsarətini, imkanlarını düzgün ölçə bilmədi. Rusiya elə bilirdi ki, Azərbaycan heç vaxt Şuşanı ala, irəli gedə bilməz.
- Türkiyənin dəstəyinin səviyyəsini də proqnozlaşdıra bimədi?
- Türkiyənin dəstəyini proqnozlaşdırmışdı, sadəcə, Azərbaycan tərəfinin bu dərəcə israrlı və hazır olduğunu bilmirdi. Kəşfiyyat məlumatları olduqca zəif idi. Azərbaycanın Şuşanı alması prosesi bir gecənin içində dəyişdi və Gümrüdəki hərbi baza hərəkətə keçdi. Saziş imzalanmamışdan əvvəl rus qoşunları Azərbaycan sərhədinə doğru irəliləyirdi. Burada 1991-ci il Qorbaçov, 1992-ci il Yeltsin variantlarının heç biri işləmədi. Paşinyan geri durmadı. Rusiyanın inadına 2021-ci ilin iyununda növbədənkənar seçki keçirildi və o, qalib gəldi...
(Davamı olacaq)
Elçin Rüstəmli
Elvin Bəyməmmədli
“AzPolitika.info”
Ölkə
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Siz gəlin İqbala QƏDİR ağacı əkin.bəlkə cücərdi...
İqbal bəyə mən ilk növbədə insan kimi böyük hörmət bəsləyirəm. Adam işini bilir, şüurla, düşünərək atır hər addımını. Özü demiş, "siyasətə şüarla yox, şüurla gəlmək lazımdır".
Rusiya heç zaman bizə müttəfiq ölkə olmayıb
İqbal Ağazadə illərin sayılıb, seçilən, hörmət edilən siyasətçisidir. Millət Vəkili olarkən, bizim dairənin vəkili idi. Haqq səsimizi daima çatdırırdı lazımi yerlərə, çaba göstərirdi, can qoyurdu. Bunu heç vaxt itirə bilmərəm, bilmərik. Həm də çox savadlı insandır, tariximizi, folklorumuzu, ədəbiyyatımızi, incəsənətimizi dərindən bilən kamil bir insandır.
Bəli Rusiya bütün dünya inana bilməzdi nə zamansa Azərbaycan Qarabaı geri ala
Paşinyan ömründə ilk dəfə doğru siyasət yürütdü deyərdim
Axıra qədər oxudum tamamilə düzdü. Rusiya çoxdan çıxmalı idi regiondan
Rusiya indi də konsulluq açmaq isdəyir....hamıya məlumdu ki Rusiya isdəmir regionda sülh olsun
İqbal bəy çox ziyalı, savadlı siyasətçilərdən biridir.
Burda baxıram, bəzi Rusiyapərətlər, Rusiyanın yançıları yaman düşüb əl-ayağa. Niyə utanıb-ölmürsünüz? İqbal Ağazadə böyük siyasətçidir. Hələ onun qədrini çox güc biləcəksiniz inşallah gec olmaz
Dünyadan deyə bilmərəm 100 faiz anqlo-sakslardan xəbəri var.
Lütfən beyinləri köhnəlmiş və düşüncələrində hayla da 93-cü ilərdə qalmış bu zadlardan belə yorucu və məntiqsiz müsahibələr götürməyin. Onsuzda müsahibənin kimə aid olduğu və müsahibənin başlığı onun nə deyəcəyinin və nə dediyini ehtiva etdiyindən anlayanlar heç kim bu müsahibəni oxumur. Mənasız və məntiqsiz yanaşmalar. Güya Rusia zəiflədi buradan çəkildi. Rusiyanı buradan çıkilməyə sövq edən İlham Əliyevin Rusiya ilə yürütdüyü siyasət oldu. Gerizəkalılar sanırlar ki, Rusiya zəif bir ölkədi. Rusiya Ukraynada tək başına iki ildən artıqdır bütün Amerika və Avropa ilə tək döyüşür. Yəni bunun kimi adamlar düşməninin gücünü hər alanda küçümsəyən zadlardır. Bunların bu yanaşmsının nəticəsidə 93-cü ilə kimi Azərbaycanın 20 faiz torpaqları işğal olundu və 20 yanvar faciəsini yaşadıq. Nədən təndirdən qabaq küt getməməyin nəticəsində.
İqbaldı,Əli Kərimlidi.Əli Həsovdu,Əli İnsanovdu,Etibardı və sairələri öz çimitlərini bititrmiş,indiyə qədər xalqın heç biryarasına məlhəm olmaya biriləri olduğu hamıya bəllidir.Yaxşı olar ki, səhnətyə yeni,realist və işgüzar şəxslər çıxarılsın ki,bəlkə nəsə yaxşılığa doğru dəyişə.O ki qaldı deputat məsələsinə,orada namizədlər müxtəlif məqsədli yaradılmış yalançı Partiyalardan yo,Əmək kollernbvlərindən,Sənaye müəssisələrindən,İctimai təşkilatlar irəli sürülməlidir.Bir baxın.Milli Məclisdə nə qədər deputat Naxçıvan əsllidir,....
Bu "deputat" görəsən ötən illərdə nəsə iş görüb,nəsə qanun təkıifi verib.kimisə dəstəkləyib?İllərlə layiq olmadıqları,Przidentin onlara pay göndərdiyi maaşı alıb yaıandan "deputat" vidi göztərən bu adamları nə zaman xaçq deputat görmək istəyər?Milli Məclisi Prezident Aparatının bir şöbəsinə çevirmək,ora 125 xalq tanımayan və arzu etməyən "şəxsləri" yenidən Məzahir Pənahova verilən siyahi üzrə MM-də oturtmaq Milli Məclisin Millilyindən uzaq olduğunu təsdiqləyər.
Bu adamən dünyadan xəbəri var? Əgər Rusiya geri dayanmasa və Türkiyə olmasa idi bu mümkün idi?i Belə düşünülməmiş çıxışın və yazının nə mənası var və kimləri aldatmaq üçün sayta yerləşditilib saytı hörmətdən salırsınız.Bu qədər ucuzlaşmaq,ümumiyyətlə bu məsələyə toxunmaq lazım idi?Axı prosessləri hamı əvvəldən sona qədər izləyib və Ali Baş Komandanın bu sahədəki işi təqdirə layiqdir və xalq tərəfindən bəyənilir.Məsələni şişirtmək , həqiqəti yozmaq ehtimal ki,"deputatın" seçki qabağı xal toplamaq niyyəti olubl.Ayıb!