Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc edib.

"Report"un yerli bürosunun məlumatına görə, hesabat nazirliyin rəsmi saytında yerləşdirilib.

Hesabatda qəza sonrası əldə edilən məlumatlar, o cümlədən uçuş qeydiyyatçılarının (“qara qutuların”) təhlili əsasında ekspertlərin ilkin nəticələri yer alıb.

"İstintaq Komissiyası hava gəmisinin konstruksiya zədələrinin ətraflı müayinəsini davam etdirir. İlkin yoxlamalar zamanı füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı deşik və deşiksiz zədələr aşkar edilib. Oxşar zədələr hava gəmisinin sol mühərriki, sol qanadı, eləcə də digər aqreqat və komponentlərində də müəyyən olunub. Bəzi zədələrin düzgün düzbucaqlı formaya malik olduğu qeyd edilir", - hesabatda deyilir..

Ekspertlər qeyd ediblər ki, təyyarədəki deşik zədələri xarici obyektlərin hava gəmisinin konstruksiyasına daxil olmasını göstərir.

Bundan əlavə, Komissiya Braziliya, Azərbaycan və Qazaxıstan hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə əlavə məhkəmə ekspertizası üçün zədələrdə qala biləcək kənar obyektlərin çıxarılması üzrə tədbirlər həyata keçirib. Nəticədə, deşiklərdən çox sayda kənar obyekt çıxarılıb, hesabatda qeyd olunub.

***

Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsi ilə aviasiya qəzasının təhqiqatına dair ilkin hesabat”ı dərc edib.

"AzPolitika" xəbər verir ki, bu barədə “Sputnik Qazaxıtsan” məlumat yayıb.

"Bu hesabatda təqdim olunan məlumatlar ilkin xarakter daşıyır və tədqiqatın nəticələrinə və bütün materialların öyrənilməsinə əsasən dəqiqləşdirilə və əlavə edilə bilər. İşlər başa çatdıqdan sonra aviasiya qəzasının təhqiqatının nəticələrinə əsasən yekun hesabat hazırlanacaq”, - deyə sənəddə qeyd olunur.

Bildirilir ki, Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) təyyarənin qara qutusunun məlumatlarının təhlilini başa çatdırıb. Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin registratorlarından uçuş məlumatları çıxarılıb.

Qeyd edək ki, “Embraer 190”ın məlumatları qəzanı araşdıran Qazaxıstan rəsmilərinə göndərilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Rusiya ərazində vurulub və sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında vurulub.

AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb - FOTO - YENİLƏNİB

AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb - FOTO - YENİLƏNİB

AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb - FOTO - YENİLƏNİB

AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb - FOTO - YENİLƏNİB

AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb - FOTO - YENİLƏNİB

AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb - FOTO - YENİLƏNİB