Menu

ƏRDOĞANDAN AZƏRBAYCAN LİDERİNƏ XÜSUSİ MESAJ - VİDEO

04.11.2026, 22:42
ƏRDOĞANDAN AZƏRBAYCAN LİDERİNƏ XÜSUSİ MESAJ - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreyadan səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.

"AzPolitika" xəbər verir ki, o, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Prezident Rəcəb Tayyib Ərdoğanın ən səmimi arzuları ilə bağlı mesajını çatdırıb. 

Mesajda deyilir: “Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol