Menu

AAYDA sürücülərə xəbərdarlıq edib - Qaradağda aparılacaq təmirlə bağlı

04.11.2026, 22:28
AAYDA sürücülərə xəbərdarlıq edib - Qaradağda aparılacaq təmirlə bağlı

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq.

Bu barədə "AzPolitika"ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol