“PROBLEM XƏRCLƏRİN ŞƏFFAFLIĞI VƏ İSTİQAMƏTİNDƏDİR.....” - “Dövlətin bu öhdəliyini ailə institutu öz üzərinə götürüb”

Natiq Cəfərli: “Bu gün korrupsiya Azərbaycanda sosial gərginliyin azalmasına kömək edir…”

“AzPolitika”-nın ReAL Partiyası Siyasi komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli ilə müsahibəsinin ikinci hissəsində ölkədəki sosial-iqtisadi problemlər, onların səbəbləri, çıxış yolları, 2025-ci il büdcəsindən gözləntilər müzakirə olunub.

Müsahibəni təqdim edirik:

- Milli Məclisdə büdcə müzakirələri davam edir, artıq büdcə birinci oxunuşdan keçib. Ümumilikdə 38,3 milyard gəlir, 41,3 milyard isə xərc proqnozlaşdırılır. Bir iqtisadçı kimi bu büdcəni nə qədər real hesab edirsiniz?

- Təəssüf ki, bizim alternativ hesablama mənbələrimiz yoxdur. Məsələn, başqa ölkələrin büdcələri müzakirə olunanda maraqla izləyirik. Bizim ölkədə zatən başqa ölkələrdəki seçkilər də, digər hadisələr də maraqla izlənilir, ölkə daxilindən fərqli olaraq… Orada alternativ hesabatlar olur. Məsələn, Türkiyədə müxalifət yəni, CHP ayrıca bir büdcə layihəsi hazırlayır və orada illərdir belə bir praktika var. Bundan əlavə, TÜSİAD və Həmkarlar İttifaqı da ayrı bir büdcə təqdim edir. Bizdə belə bir təcrübə yoxdur.  Bizim alternativ hesablama imkanlarımız və fürsətlərimiz də yoxdur.

- Bəs iqtisadiyyatın durumuna baxsaq, hökumətin büdcə proqnozunu necə qiymətləndirmək olar?

- İqtisadi baxımdan real rəqəmlərə bənzəyir. Niyə? Ona görə ki, iqtisadiyyatı ağardıblar. Bunlar ağarmanı iqtisadi uğur kimi təqdim edirlər. Halbuki bu, iqtisadi uğur deyil, vətəndaşın, biznesin çiyninə qoyulmuş əlavə yükdür. Mən demirəm hamı boz zonada işləsin. Ancaq boz zonadan ağ zonaya çıxmaq bir tək dəyənəklə, cəzalarla olmur. Bunun təşviq ayaqları da olmalıdır. Bizdə təşviq ayaqları olmadı. Pandemiya insanları kartla ödənişə öyrətdi. Baxın ticarət dövriyyəsindən gələn vergilərə... Həmin insanıq, həmin qədər yemək yeyir, paltar geyinirik. Amma 5-8 il bundan əvvəlki ticarət dövriyyəsinin həcmi ilə indikində fərq var. Ticarət dövriyyəsi artıb. Dövriyyə artdıqca ƏDV, vergi, büdcə daxilolmaları da artır. Nəyin hesabına? İnsanlar daha çoxmu istehlak edir? Xeyr…

- İqtisadiyyatın da böyümə dinamikası aşağıdır…

- Bəli. Bir-üç faiz böyümə ümumiyyətlə, böyümə sayılmır. Deməli, nə baş verib? Leqallaşma. Daha çox kartla ödəyirik. Daha çox kartla ödəyəndə də dövriyyə artır. Dövriyyə artanda vergi daxilolmaları da artır. Məsələn, “qeyri-neft sektorunun artımı olub” deyirlər, baxısran ki, ticarətdir. Belə qeyri-neft sektoru olur? Aldıqlarımız Azərbaycan istehsalı olsaydı, yenə dərd yarı idi. Hamısı ixrac mallarıdır. Biz beş manat ödəyəndə xarici maliyyələşdiririk, çünki həmin beş manat gedir xaricə. Sonra da hökumət üzvləri deyirlər ki, “valyutaya tələbat niyə artır?” Artmalıdır da, heç nə istehsal etmirik, hər şeyi xaricdən alırıq, tələbat da artacaq. Yəni, rəqəmlərdə mən problem görmürəm. Problem xərclərin şəffaflığında və istiqamətindədir.

- Yeri gəlmişkən, maliyyə naziri demişdi ki, bu ilki kimi xərcli büdcə olmayıb. Bu nə deməkdir?

- Yəni, bu qədər xərcli büdcə olmamışdı. Mən onu deməyə çalışıram ki, həm xərclərin həcmi artıb, həm də istiqamətlər artıb, yeni istiqamət yaranıb. Məsələn, Qarabağ. 19 milyard xərcləmişdik, 4 milyard da gələn il üzərinə gələcək, olacaq 23 milyard manat. Əslində, 23 milyardlıq həcm iqtisadiyyatda böyük bir dalğa yaratmalı idi. Yarada bilmədi. Çünki oradakı tikinti işlərini əsasən xarici şirkətlər aparır. Bizimkilər subpodrat işləyir, qaymağı xaricilər götürürlər. Tikintilərdə istifadə olunan xammal və materialların da hamısı xaricdən gətirilir. Çox sadə izah etsək, siz A şirkətinə və yaxud da dövlət qurumuna pul ayırırsınız, deyirsiniz 10 manata bu yolu tik. O da deyir ki, bu yolu tikməyə iki ədəd buldozer lazımdır. Azərbaycan buldozer istehsal edir? Xeyr. Bu zaman tutalım ki, elə 10 manatın üç manatını göndərir xaricə, iki dənə buldozer alır gətirir, başlayır işləməyə. İnfrastruktur, ümumiyyətlə, birbaşa gəlir gətirmir, əlavə dəyər yaratmır. Dolayı yolla yaradır. O da niyə? İnfrastrukturu yaxşı qurursan, sonra iqtisadi azadlıqlar olur, biznes inkişaf edir, məsafələr, zaman qısalır və bu, ticarətin və iqtisadiyyatın dövriyyəsini artırır, əlavə dəyər yaradır.

- Gələn il 14 milyard manatdan artıq vergi yığılacaq. Sahibkarların vergi və digər qurumlar tərəfindən sıxışdırılması onlara problemlər yaratdığına dair şikayətlər var. Bu tendensiya vergi yığımındakı proqnoza maneə ola bilərmi?

- Vergi yığımının tərkibinə baxanda görürük ki, ƏDV birinci yerdədir. Bizdə çox qəribədir ki, adı Əlavə Dəyər Vergisidir, amma onu gömrük də yığır. Özü də az deyil. Onun 4 milyarda yaxınını elə gömrük yığacaq. Hər yerdə ƏDV hesablanır. İnsanları da öyrəşdirdilər “ƏDV geri al” proqramına. İndi hamı kartla alış-veriş edir. Açığı yaxşı proqramdır. Hələ tətbiq olunmamışdan əvvəl mən bunu təşviq eləmişəm, dəfələrlə danışmışam. Verginin büdcə öhdəliyində ikinci böyük hissə neft şirkətlərindən toplanan vergidir. Təxminən 20 faizə yaxını neft şirkətlərindən toplanır.

- Bu, büdcədə qeyri-neft gəliri kimi göstərilir?

- Əlbəttə. Bizdə təsnifat dəyişib. Hətta ixracatın da təsnifatı dəyişib. Məsələn, elektrik enerjisi qeyri-neft sektoru sayılır. -Amma istilik enerjisi mazutdan alınır. Yaxud da neftdən, qazdan alınan bəzi materiallar var – bitum kimi və s. Onlar da qeyri-neft sektoru sayılır.

- Gələn ilin büdcəsində neftin qiyməti 70 dollardan götürülüb. Bu nə qədər realdır?

- Azərbaycanda ən böyük problem elə hasilatın aşağı düşməsidir. Bunu sabitləşdirmək, bir platoya çıxartmaq mümkün olmur. Məndə olan məlumata görə, hökumət heç olmasa 500 min barrel satış həcmi yaratmaq istəyir.

- 480 minə düşmüşdü…

- Bəli. İndi hasilatı 500 min barrelə çatdırıb, orada sabitləşdirmək istəyirlər. “BP” və “Total”la danışıqlar gedir. Hasilatı sabitləşdirmək üçün yeni, müasir platforma göndərilib. Buna plato deyirlər. O platoya çıxıb hasilatı sabitləşdirmək istəyirlər. Alınacaq, alınmayacaq, bilmirəm. Amma hər halda vaxtilə neft hasilatı 1 milyon barrel idi. İndi yarıba-yarı azalma var. Qiymət məsələsinə gəldikdə, Azərbaycan hökuməti uzun illərdir - 2005-ci ildən sonra 20 ilə yaxındır ki, bu məsələyə çox konservativ yanaşırdı. Büdcədə neftin qiymətini aşağı götürürdü, hesablamaları da konservativ yanaşma ilə aparırdı. Hər il may ayının sonunda parlamentə büdcəyə əlavələr və dəyişikliklərlə bağlı yeni qanun layihəsi gəlirdi. Neftdən gələn gəlirlər artdıqca, onun həm xərc, həm də gəlir hissəsinə əlavələr edilirdi. Primitiv də olsa, işlək bir mexanizmi idi. İndi ilk dəfədir ki, konservativ yanaşmadan tam imtina etdilər. Çünki neftin qiymətini 70 dollardan götürmədən büdcə parametrlərini indiki səviyyəyə çatdırmaq mümkün deyil. Bu zaman proqnoz gəlirlər, konserv olunmuş büdcə aşağı düşəcəkdi. Bilirsiniz ki, Neft Fondunun büdcəsisı ayrıca qəbul olunur. İndi üzümüzə gələn il nə baş verə bilər? Yenə də may, iyun aylarında büdcəyə dəyişikliklər görə bilərik, amma bu dəfə azalma yönündə…

- Neft Fondundan transfertlər azala bilər?

- Əksinə. Fondun gəlir hissəsinə əl gəzdirə bilərlər. Çünki neft şirkətlərinin gəliri aşağı düşsə, gəlir vergisi azalacaq. Üç milyard verməli idilərsə, 1 milyard verəcəklər. Bir şeyi də demək lazımdır ki, neftin qiymətinin günlük hesablanması doğru deyil. Aylıq, rüblük, yarımillik və illik ortalama qiymət çıxarılır. Əgər ortalama qiymət may ayına qədər 60 və ya aşağı olarsa, belə bir ehtimal var, o zaman risk marjası aradan qalxa bilər. Hazrda neftin üzərində 10 dollarlıq risk marjası var. Bu gün məsələn, neft 72 dollardırsa, onun 10 dolları risklərə görədir. O aradan qalxsa, İranla anlaşma olsa, Rusiya-Ukrayna müharibəsində, Yaxın Şərqdə atəşkəs olsa, Amerika da hasilatI artırsa, o zaman iyun ayında yenidən yığışacaqlar və büdcənin neftdən gələn gəlir hissəsini azaldacaqlar. Bu zaman büdcədə boşluq yaranacaq və Neft Fondundan daha çox vəsaitin transfer olunmasına qərar veriləcək.

- Büdcədə təqribən 14,5 milyard manat nəzərdə tutulub…

- Bəli. İndi onu 16-17 milyard manata qaldıra bilərlər. Uzun illərdir qəbul olunmuş praktika var idi ki, daxil olan vəsaitin hamısı xərclənməsin. Bu zaman Neft Fondu az da olsa yığıma yönəldə bilirdi o vəsaiti. İndi əksinə ola bilər. Bu, 2014-2015-ci ildə bir dəfə olub. Neft hasilatı aşağı düşəndə Neft Fonduna daxil olan gəlirlərdən daha çox xərclədik. Yenə eyni şey olsa, Neft Fonduna daxil olan gəlirlərdən daha çox xərcləmək məcburiyyəti yarana bilər. Bu zaman Fondun ehtiyatlarından istifadə oluna bilər. Bu, çox böyük ehtimaldır və dediyim kimi, Azərbaycanın yeni tarixində ilk dəfə büdcə parametrləri gəlir hissəsinin azalması, xərc hissəsinin yerində qalması hesabına baş verə bilər və bu, ciddi və yeni bir yanaşma olacaq.

- Valyuta xərcləmələri də artıb. İxrac və idxal arasındakı müsbət saldo da azalıb, iki milyard yarıma düşüb. Neft Fondu bu ilin 11 ayında 6,5 milyard dollar satıb. Mərkəzi Bankın da rezervləri 800 milyon dollardan çox azalıb. Bu baxımdan camaatda da narahatçılıq var ki, devalvasiya ola bilər. Belə narahatçılğa əsas varmı?

- Dekabr ayından Mərkəzi Bankın ehtiyatları artacaq. Ona görə artacaq ki, Neft Fondunun büdcə qarşısında olan öhdəliklərində boşluq qalıb. O qədər dollar satılmayacaq, onu Mərkəzi Bank alacaq, öz ehtiyatlarına yönəldib bir balans yaradacaq. Hətta mən düşünürəm ki, ilin sonunda başa-baş çıxacaqlar. Problem ondadır ki, Azərbaycanda məzənnənin dəyişməsi ilə bağlı proqnoz vermək çox çətindir. Çünki bizdə məzənnə iqtisadi kateqoriya deyil. Siyasi sabitlik simvoludur. Ona görə də zaman ilə bağlı proqnoz vermək çətindir. Amma bir şey dəqiqdir, Azərbaycan manatı bahalaşmayacaq. Bizdə ən sadə insanlar, iqtisadi savad, biliyi olsun-olmasın, bunu bilir. Ona görə də xalq beş manat artıq pulu olanda onu valyutaya çevirir və bu tendensiya indi də davam edir.

- Amma iqtisadiyyatda əvəlki qədər dollarlaşma yoxdur.

- Rəsmi dollarlaşma yoxdur. Bu gün iş adamları arasında uzunmüddətli müqavilələr bağlananda artıq bu tendensiya yaranıb. Məsələn, kimsə böyük məbləğə torpaq satır, razılaşır ki, üç ilə verəcək o pulu. Bu zaman artıq dollarla hesablayırlar. Çünki bilirlər ki, bu üç ildə nələrsə ola bilər. Mənim proqnozum ondan ibarətdir ki, devalvasiya olacaq.

- Hansı nisbətdə?

- Təqribən 20 -25 faizlik olacaq. Bu, hökumətə Büdcə xərclərinə xeyli dərəcədə qənaət etməyə imkan verər. Amma bunlar gərək otursunlar, fikirləşsinlər, xeyri-ziyanı tərəziyə qoysunlar. Devalvasiya nə deməkdir? Güclü inflyasiya. Bu da əhalinin kasıblamasına səbəb olar. Yeri gəlmişkən, bir neçə gün öncə SMP-nin hesabatı yayımlandı. Orada da deyilir ki, 2028-ci ildə devalvasiya olacaq. Dövlət kanalları da, saytlar da bunu yaydı.

- Yəni, ona qədər hökumət manatın kursunu sabitləşdirəcək?

- Bəli. Amma bir şərtlə ki, neftin qiyməti indiki səviyyələrdə qalsa. Lakin 2028-ci ildə devalvasiya olacaq. Özləri də bunu etiraf edirlər. Mən dəqiq zaman deyə bilmərəm. Hər halda, nə vaxtsa olacaq. Hökumət də tək bunun vasitəsilə problemləri həll etməyi düşünürsə, kökündən yanılır. Devalvasiya iqtisadiyyata o zaman xeyir verir ki, ixrac potensialını, istehsalı, turizmi artırır. Azərbaycanın isə quru sərhədləri bağlıdır, istehsal da demək olar ki, yoxdur. Belə bir durumda devalvasiya gedəndə əhali kasıblaşar. Məsələn, qardaş ölkə Türkiyədə 11 milyona yaxın insan qrupu var ki, devalvasiyadan qazanır. Düzdür, böyük bir hissə də narazıdır, etiraz edir. Hökumət də bunu amortizasiya etməyə çalışır, minimum əməkhaqqını artırır və s. Mən 2018-ci ildə İzmirdə bir türk dostumla söhbət edən zaman o, fəxrlə deyirdi ki, “mənim maaşım 14 min lirədir”. Yəni, maaşının çox yüksək olması ilə öyünürdü. 6 il keçib üzərindən, bu gün Türkiyədə minimum əməkhaqqı 14 min 500 lirədir. Təsəvvür edin, cəmi 6 ilə… Azərbaycanda dövlətdən başqa devalvasiyadan heç kim qazanmır deyə bu, çox ciddi fəsadlar törədə bilər. İnsanlar kasıblaşacaq, qiymətlər artacaq. Amma vaxt da var. Məsələn, iki ildən sonra bu ediləcəksə, 2026-2027-nin əvvəlində, heç olmasa bu iki il ərzində müəyyən institusional dəyişikliklərə, iqtisadiyyatda açılıma gedlməlidir. Bu zaman pəncərələr yaranar ki, təsirləri minimuma endirə bilər. Təəssüf ki, hələlik bu görünmür

- Hökumət deyir ki, gələn ilki büdcə sosial yönümlüdür. Hansı sosial artımlar ola bilər?

- Təxminən 10 faizlik bir artım olacaq.

- Ötən ilin inflyasiyasından nə qədər çoxdur?

- Qanundan onu çıxarıblar. Əvəllər qanunla əməkhaqqı illik inflyasiyaya görə indeksasiya olunurdu. Devalvasiyadan sonra onu çıxarmağa məcbur oldular. Çünki devalvasiyadan sonra 36 faiz inflyasiya olmuşdu, o zaman maaşlar, pensiyalar 36 faiz indeksasiya olunmalı idi. Onu çıxarıb yerinə belə bir cümlə yazdılar ki, “orta aylıq əməkhaqqının artım tempinə uyğun” olacaq. İndi orta aylıq əməkhaqının artım rəqəmini də hökuməti özü təyin edir. Nə vaxt, nə qədər desələr, o qədər olacaq. İndi 8,8-8,9 faiz deyirlər və yəqin ki, bunu yuvarlaqlaşdırıb 10 edəcəklər.

- Sizcə, qiymətlərdəki artım, infilyasiya Azərbaycanda sosial gərginliyə səbəb ola bilərmi?

- Azərbaycanda sosial gərginliyi yumşaldan dövlətdən kənar institutlar var. Xüsusən də ailə institutları. Çox qəribə şəkildə formalaşıb. İzah etmək çətindir. Çünki iqtisadi bir kateqoriya deyil. İnsanlar öz gəlirlərini düzgün göstərmirlər. Haqq da verirəm onlara. Verginin mənə xidmət etmədiyini görsəm, mən də çalışaram ki, gizlədim. Dünyanın hər yerində belədir. Almanı da, ingilisi də, fransızı da iş adamıdırsa, istəyir ki, az gəlir göstərsin və az vergi versin. Dövlət də öncə təşviq mexanizmi qurmalı, cəzalar bundan sonra gəlməlidir. Azərbaycanda gəlirlərin hamısını nəzarətə götürmək mümkün deyil. Qəribə səslənsə də bu gün korrupsiya Azərbaycanda sosial gərginliyin azalmasına kömək edir.

- Necə edir?

- Hansısa bir məmur 50 min manat paket alırsa, o, sürücü, bağında bağban, evində iki xadimə saxlayır. Yəni, hardasa beş nəfərə də iş yer yaradır. O iş yerləri rəsmi qeydiyyatdadırmı, vergisi verilirmi? Yox. Amma sosial gərginliyi azaldır. İkincisi, ailə yardımlaşması var. Şəxsən mən hər dəfə valideynlərimin evinə gedən zaman anam deyir ki, “filankəs xəstələnib dərman pulu yığırıq, ver”. Və ya “filan bir qohum var oan yardım edirik”. Belə-belə, ailəiçi bir yardımlaşma da var. Bu da sosial gərginliyi azaldır. Dövlətin sosial sahədəki öhdəliyini ailə institutu öz üzərinə götürüb.

- Burada Rusiyadan, Türkiyədən gələn pullar da ciddi rol oynayır…

- Hətta Avropadan da. Bu gün 500 min vətəndaşımız Avropadadır. Onların göndərdiyi pullar da sosial gərginliyi azaldır. Amma bu o demək deyil ki, sosial gərginlik riski yoxdur. Həmişə belə bir təhlükə var. Niyə var? Çünki sosial tələbləri hökumətə “tərcümə” edən institutlar azalıb.

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika.info”

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.