Menu

Avropa qışa ən aşağı qaz ehtiyatı ilə girir – Böhran gələn ilə qədər uzanacaq

03.11.2026, 12:31
Avropa qışa ən aşağı qaz ehtiyatı ilə girir – Böhran gələn ilə qədər uzanacaq

Avropa İttifaqı (Aİ) ölkələri 2013-cü ildən bu yana qeydə alınan ən aşağı təbii qaz ehtiyatları ilə qış mövsümünə qədəm qoyur. Bu böhranın beynəlxalq bazarlardakı qiymət təzyiqini 2027-ci ilə qədər uzada biləcəyi ehtimal olunur.

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, oktyabr ayının sonu tarixinə Avropanın yeraltı qaz anbarlarının doluluk nisbəti cəmi 75 faiz təşkil edib. Bu göstərici Aİ-nin müəyyən etdiyi 80 faizlik minimum hədəfin xeyli aşağısındadır və son on ildən artıq müddətdə qeydə alınan ən zəif nəticədir.

Mütəxəssislər yaranmış vəziyyəti bir neçə amillə izah edirlər:

İlk sırada regional münaqişələrin yaratdığı fəsadlar gəlir. Belə ki, ABŞ-İran qarşıdurması səbəbindən Bəsrə körfəzi regionunda fəaliyyət göstərən mayeləşdirilmiş təbii qaz (LNG) zavodları zərər görüb və Hörmüz boğazından qaz nəqli azalıb.

Gecikmiş tədarüklərin problemlə təsiri böyükdür. Avropa ölkələri anbarlardakı aşağı ehtiyatlar səbəbindən ötən isitmə mövsümünün sonunda – yaz aylarında rezervləri yenidən doldurmağa başlayıblar. Alıcılar əvvəlcə qiymətlərin enəcəyi ümidi ilə qaz alışını ləngidiblər.

Qıtlığın aradan qaldırıla bilməməsi də səbəblər sırasındadır. IEA-nın açıqlamasına görə, avqust, sentyabr və oktyabr aylarında tədarük artırılsa da, bu, yaranmış geriləməni kompensasiya etməyə yetməyib. Həmin mövsümdə anbarlara vurulan qaz həcmi 5 illik ortalamanın təxminən 4 faiz altında qalıb.

Nəticə etibarilə, Avropa ölkələri pik tələbat dövründə ehtiyaclarını qarşılamaq üçün əlavə LNG idxalından daha çox asılı vəziyyətə düşüblər. Agentliyin xəbərdarlığına görə, qış mövsümünün normadan soyuq keçməsi, qaz şəbəkəsində texniki nasazlıqlar və ya tədarük kəsintiləri baş verəcəyi təqdirdə qitənin enerji təhlükəsizliyi ciddi risklərlə üzləşə bilər.

Daha əvvəl Almaniya rəsmiləri anbarların doldurulması hədəfinə tam çatılmasa da, ölkənin qış üçün kifayət qədər qaza sahib olacağını bəyan etmişdilər. Federal Enerji İnfrastrukturu və Bazarları Agentliyinin məlumatına görə, ölkənin qaz anbarlarının orta doluluk səviyyəsi 61 faiz təşkil edir.

Bu rəqəm qanunvericiliklə noyabrın 1-i üçün müəyyən edilmiş 70 faizlik hədəfdən, eləcə də Avropa Birliyinin təxminən 75 faizlik ümumi ortalamasından aşağıdır.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol