Menu

Ukraynada növbəti qalmaqal - Budanov günahkarların cəzalandırılacağına söz verdi

03.11.2026, 12:47
Ukraynada növbəti qalmaqal - Budanov günahkarların cəzalandırılacağına söz verdi

Ukraynada cəmiyyətin ciddi narazılığına səbəb olan növbəti qalmaqal baş verib.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, bu dəfə səbəb korrupsiya deyil, güc strukturlarının, daha dəqiq desək, hərbi komissarlıq funksiyası yerinə yetirən qurumun özbaşınalığıdır.

Belə ki, dünən Kiyev vilayətinin Petropavlivska Borşahivka məntəqəsində Ukrayna Milli Qvardiyasının hərbçilərinin yaşadığı şəxsi evin yaxınlığında yerli sakinlərin iştirakı ilə toqquşmalar baş verib. Səbəb həmin evdə səfərbərliyə cəlb olunmuş şəxslərin qeyri-qanuni saxlanması və hətta onlara qarşı işgəncələr törədilməsilə bağlı iddialardır. Bu məlumatlar sosial mediada yayıldıqdan sonra evin qarşısına xeyli insan toplaşıb və onlar saxlanılan şəxslərin azad edilməsini tələb ediblər. Bu zaman qarşıdurma yaşanıb.

Milli Qvardiyanın komandanı Aleksandr Pivnenko və Prezident Aparatının rəhbəri Kirill Budanov hadisə yerinə gəliblər. Pivnenkonun sözlərinə görə, tibbi yardıma ehtiyacı olan dörd hərbçi xəstəxanaya aparılıb. Hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma aparılacağı bildirilib. Dövlət İstintaq Bürosunun və prokurorluğun müstəntiqləri mümkün qanun pozuntularını araşdırır.

“Bu hadisələr dövlət üçün qəbuledilməzdir və xüsusilə Rusiya təhlükəsi qarşısında ukraynalıların birliyini sarsıdır”. Bunu Kirill Budanov bəyan edib. O, hazırda hadisənin bütün halları ilə bağlı araşdırma aparıldığını qeyd edib və məsuliyyət daşıyanların cəzalandırılacağına söz verib.

Budanov qeyd edib ki, "Hüquq-mühafizə orqanları və səlahiyyətli orqanlar hadisələrin obyektiv və tam mənzərəsini yaratmaq, məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirlər görmək və bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün bütün detalları araşdırır".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol