Menu

Paşinyanın istefası səsverməyə çıxarılmadı - Müxalifətin cəhdi baş tutmur

10.06.2024, 17:51
Paşinyanın istefası səsverməyə çıxarılmadı - Müxalifətin cəhdi baş tutmur

Ermənistan parlamentinin Şurası iki müxalifət fraksiyasının parlamentin növbədənkənar iclasının keçirilməsi və Baş nazir Nikol Paşinyanın hökumətinə etimadsızlıq bildirilməsinə baxılması təklifini rədd edib.

“AzPolitika” xəbər verir ki, Ermənistan KİV-inin məlumatıan görə, bu barədə jurnalistlərə Paşinyanın “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konciryan açıqlama verib.

O, həmçinin bildirib ki, müxalifətin qanunla iyunun 17-də belə bir toplantı keçirməyə təşəbbüs etmək hüququ var. Lakin onun sözlərinə görə, bu iclasda hakim qüvvədən olan deputatlar iştirak etməyəcək. Buna görə,həmin cəhd də uğursuz olacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol