Müdafiə Səhiyyə Agentliyinin araşdırmasına görə, 2014-2019-cu illər ərzində ABŞ ordusunun 883 əsgəri intihar edib. Onlardan 814-nün öldüyü bildirilir.
“AzPolitika” xəbər verir ki, agentliyin araşdırmasına qeyd olunan müddət ərzində 96 ABŞ hərbçisinin qarşıdurmalar zamanı həlak olduğu bildirilib ki, bu, intihar edənlərin sayından 9 dəfə azdır.
Araşdırmada 2024-cü ilin ilk 6 ayında 55 ABŞ hərbçisinin intihar etdiyi vurğulanıb. 2019-cu ildən bəri intihar nisbətlərinin artdığı və spirtli içki istifadəsi kimi zərərli vərdişlərin buna səbəb olduğu diqqətə çatdırılıb.
“AzPolitika.info”


Şərhlər