Xəbər verdiyimiz kimi, iyunun 14-də ümumi təhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri keçirilib. Bu il keçirilən tədbirlər arasında şəhid Murad Hacıyev adına 116 nömrəli məktəbin "Son zəng"-i xüsusilə yadda qalıb.

Tədbirdə şagirdlər, müəllimlər və valideynlərlə yanaşı məktəbin direktoru Sevda Əliyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin bölmə müdiri Səidə Əhmədova və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban İsrafilova iştirak etmişdir. Eləcə də, məktəbin keçmiş məzunlarından olan, tanınmış aparıcı Jalə Həsənli öz ürək sözlərini bölüşmüşdür.

Tədbir üçün hazırlanmış proqram iştirakçılar tərəfindən həm sevinc, həm də kədərlə qarşılanmışdır. Belə ki, şagirdlər maraqlı çıxışlar və milli rəqs nömrələri nümayiş etdirmişdir. Bundan əlavə, şəhid Xeyrulla İbrahimov adına 11b sinfinin rəhbəri Nərmin Əhmədova öz şagirdlərinə həsr etdiyi bəstəsini ifa edərək iştirakçıları kövrəltmişdir. 

116 nömrəli və eləcə də, Bakının bir neçə məktəbində keçirilmiş "Son zəng"-ə həsr olunmuş tədbirlərdən fotoları təqdim edirik. 

Gülnar 

"AzPolitika.info"