Menu

Arda Gülər Ronaldonun rekordunu qırdı – Ən dəyərli türk oyunçunun qiyməti məlum oldu + VİDEO

19.06.2024, 12:09
Arda Gülər Ronaldonun rekordunu qırdı – Ən dəyərli türk oyunçunun qiyməti məlum oldu + VİDEO

Türkiyə millisinin üzvü Arda Gülər Avropa Çempionatı tarixində ilk matçında qol vuran ən gənc futbolçu kimi portuqaliyalı dünya ulduzu Kriştianu Ronaldonun rekordunu qırıb.

“AzPolitika” xəbər verir ki, AVRO 2024-ün F qrupunun ilk turu çərçivəsində keçirilən Türkiyə-Gürcüstan matçının 62-ci dəqiqəsində möhtəşəm qolla komandasını önə keçirən Arda Gülər Avropa Çempionatı tarixində ilk matçında qol vuran ən gənc oyunçu ünvanına yiyələnib. Xatırladaq ki, Kriştianonun bundan əvvəlki rekordu 19 yaş 128 gün olub. Arda Gülər isə 19 yaş 114 günlük göstərici ilə portuqaliyalını qabaqlamağı bacarıb.

Eyni zamanda İspaniyanın “Real Madrid” klubunda çıxış edən Arda Gülər Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) tərəfindən hazırlanan “dünyanın ən dəyərli 100 futbolçusu” siyahısına düşməyi bacarıb.

Hazırda sözügedən siyahının 90-cı pilləsində qərarlaşan Arda Gülərin dəyəri 67,9 milyon avrodur.

“AzPolitika.info” 

Şərhlər

Türk Turan 2024-06-19 16:59:23

19 yaş 114 gün

B.Qarabağlı 2024-06-19 12:49:23

Ən böyük DƏYƏR Ardanın *qığılcım* anında mükəmməl (intellektual-cəld qəbul, dəqiq zərbə) icrasıdır!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol