Menu

ABŞ-də daha bir sirli monolit tapılıb - VİDEO

19.06.2024, 12:40
ABŞ-də daha bir sirli monolit tapılıb - VİDEO

ABŞ polisi Nevada ştatındakı səhralıq ərazidə srli bir monolit tapıb.

“AzPolitika” xəbər verir ki, Las Veqas polisi “X” sosial media platformasından tapılan monolitin görüntülərini paylaşıb.

Polislər sirli monolitin haradan gəldiyi barədə heç bir məlumatlarının olmadığını bildiriblər.

Qeyd edək ki, bu monolitlər 2020-ci ildən sonra dünyanın müxtəlif yerlərində müəmmalı şəkildə ortaya çıxmağa başlayıb.

Əsasən ucqar və insan ayağı dəyməyən yerlərdə peyda olan monolitlər bundan əvvəl Rumıniyada, Kaliforniyanın mərkəzində, Las-Veqasda və Uelsdə, Almaniyada, İspaniyada və digər ölkələrdə aşkar edilib.

Paslanmaz polad tərkibli bu monolitləri kimin və niyə yerləşdirdiyi hələ də məlum deyil.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol