Menu

Kim Çen Putinə it hədiyyə edib - VİDEO

20.06.2024, 12:26
Kim Çen Putinə it hədiyyə edib - VİDEO

Şimali Koreya lideri Kim Çen In ölkəsinə səfər edən Rusiya Prezidenti Vladimir Putinə Punqsan cinsindən olan bir cüt nadir ov iti hədiyyə edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi “KCNA” agentliyi məlumat yayıb. 

Məlumatda hədiyyənin Kumsusan iqamətgahında Putinə təqdim ediliyi bildirilib. 

Qeyd edək ki, Punqsan Şimali Koreyada ən məşhur və nadir rast gəlinən ov iti hesab olunur. Bu cins itlər çox güclü və aürətli olduqları üçün əsasən Amur pələnginin ovlanmasında istifadə olunurlar.

Xatırladaq ki, Kim Çen In ov iti ilə yanaşı, Putinə büstlər və bir sıra digər sənət əsərləri, Putin isə həmkarına "Aurus" avtomobili, çay dəsti və admiral xəncəri hədiyyə edib.

“AzPolitika.info”

Şərhlər

Əmir 2024-06-20 19:40:53

Putin "Maşın verdim it aldım
Sazım dınqır, sazım dınqır"
Putin ciddi işlərlə məşğul olmağa-maşın alış verişinə girişib və artıq birini də Kim Çinə sırıya bilib. Maşının qiyməti bilinməsə də əminəm ki, o Kimə mütləq atıb. Həm də o maşını təkcə Putin satır və deməli monopolistdir. Bazar olsun Volodya.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol