"20 ildir eşidirəm ki, Ukrayna NATO-ya daxil olarsa, bu, Rusiya üçün əsl problem olacaq. Mən bunu çoxdan eşidirəm. Düşünürəm ki, bu müharibə ona görə başlayıb".
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu sabiq ABŞ prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, “Bayden daim yanlış şeylər deyirdi və yanlış şeylərdən biri də Ukraynanın NATO-ya gedəcəyini söyləməsi idi”.
“Mən onun danışdığını eşidəndə düşündüm ki, bu adam müharibəyə başlayacaq”, - Tramp əlavə edib.
O, bir daha bəyan edib ki, ABŞ prezidenti kürsüsündə qalsaydı, Rusiya genişmiqyaslı müharibəyə başlamazdı.
“AzPolitika.info”


Şərhlər