Menu

Gürcü azarkeş Ronaldonu vurmağa çalışıb – Portuqaliyalı ulduz son anda... + VİDEO

27.06.2024, 15:55
Gürcü azarkeş Ronaldonu vurmağa çalışıb – Portuqaliyalı ulduz son anda... + VİDEO

Ötən gün AVRO-2024-ün son matçında Gürcüstana 2-0 hesabı ilə məğlub olan Portuqaliya millisinin 39 yaşlı kapitanı Kriştianu Ronaldo gürcü azarkeşin hücumuna məruz qalıb.

“AzPolitika” xəbər verir ki, Gelzenkirxen şəhərindəki “Veltnis Arena”da baş tutan oyundan sonra Ronaldo paltardəyişmə otağına yollanıb. Bu zaman oyunçular üçün nəzərdə tutulan tunelin üzərindəki azarkeş aşağı tullanaraq portuqaliyalı ulduzu vurmağa çalışıb.

Ronaldo yanındakı təhlükəsizlik işçilərinin ayıq-sayıqlığı nəticəsində son anda bu zərbədən yayına bilib.

Qeyd edək ki, Portuqaliya Futbol Federasiyası hadisəni təsdiqləsə də, şərh verməyib. UEFA isə hadisədən xəbərdar olduğunu bildirib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol