Bakıda söküntü işlərinin aparıldığı ərazidə öz mənzilini tərk etməkdən imtina etdiyi güman edilən qadın gecə saatlarında naməlum şəxslər tərəfindən evindən zorla çıxarılıb.
“Oxu.az” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Murtuza Muxtarov 145 küçəsində qeydə alınıb.
Belə ki, bir neçə nəfər öncə qadının yaşadığı evə yaxınlaşaraq oradakı çəpəri sökməyə çalışıb. Sonra ekskavator işə salınaraq həm çəpər dağıdılıb, həm də oradakı ağac qırılıb.
Ardınca naməlum şəxslər qadının evinə girib onu sürüyərək mənzilindən çıxarıblar.
Bundan sonra ekskavator sözügedən evi dağıtmağa başlayıb.
Həmin görüntüləri təqdim edirik:


Şərhlər
Biabırcılıq.....
Dehshet. Dehshet
Neyləsinlər? Bəzi sakinlər quş damında yaşamaqlarına baxmayaraq, tikinti şirkətlərindən fantastik məbləğ və ya 2-3 qat dəyərində ev tələb, edirlər..Sonrada ,çıxmıram deyib, bu hoqqalara əl atırlar. Bakı onsuzda bərbad hala salınıb. İndi hökümət neyləsin? Mərkəzi abadlaşdırmaq üçün məcburdu bu gecəqonduları sökməyə. İnsanlar isə, mərkəzi yerlərdə əraziləri zəbt edib, 10 kv evə oxşamayan, esl quş yuvalarını tikib, çıxmaq istəmirlər.
Belə evə girib insanlar zorla sürüyə-sürüyə çıxaran vəhşiləri həbs etmək lazımdır