Menu

Qubada yəhudi icması rəhbərinin evinə BASQIN: 130 min manat aparılıb

06.12.2014, 17:31
Qubada yəhudi icması rəhbərinin evinə BASQIN: 130 min manat aparılıb

Basqınçılar icma rəhbərinin bacısını bıçaqlayıb

Bu gün Quba rayonunda dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbə yəhudi dini icmasının rəhbərinin evinə basqın olub.

Dini icmanın rəhbəri Boris Simanduyev APA-nın yerli bürosuna bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Evə üç nəfər soxulub. Məni döyüblər, bacım Liza Simanduyevaya isə bıçaq xəsarətləri yetiriblər”.

B.Simanduyev bacısının əməliyyat olduğunu və vəziyyətinin yaxşı olduğunu deyib. Onun sözlərinə görə, evdən özünə və sinaqoqa məxsus 120-130 min manat pul, eləcə də qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol