Kiyevin müttəfiqləri Ukraynaya tədarük edilən silahların istifadəsi ilə bağlı yeni qaydalar tətbiq ediblər. Bu, çoxdan gözlənilən “F-16”-ların istifadəsinə böyük təsir göstərə bilər.
“AzPolitika” xəbər verir ki, bunu “Business Insider” hərbi ekspertlərə istinadla yazıb.
Yazıda qeyd olunur ki, Amerika istehsalı olan ilk qırıcılar Ukraynaya bu yay gəlməlidir. Ukrayna indi artıq Rusiya daxilindəki hədəfləri vurmaq üçün müttəfiqləri tərəfindən verilən silahlardan istifadə etmək icazəsinə malikdir.
ABŞ Müharibə Araşdırmaları İnstitutunun hərbi eksperti Corc Barros bununla da “F-16”-nın daha təsirli olacağını deyib: “May ayına qədər müttəfiqlər Ukraynaya verdikləri silahlardan Rusiya ərazisinə hücum etmək üçün istifadə etməyə icazə vermirdilər. Bu, ciddi çatışmazlıq idi, çünki Rusiya birbaşa sərhəddə qoşun və texnika toplaya və Ukraynanın vura bilmədiyi yerlərdən hücuma keçə bilərdi. Bir çox analitiklər bunun Ukraynanın bir əli ilə döyüşməsi kimi xarakterizə edirdilər”.
Xatırladaq ki, Kiyevin bir çox müttəfiqləri may ayında Rusiya ərazilərinin Qərb silahları ilə vurulmasına dair məhdudiyyətləri yüngülləşdirdi. İndi isə məlum olur ki, Ukrayna Rusiya ərzilərini digər silahlarla yanaşı, “F-16”-larla da vura biləcək.
“AzPolitika.info”


Şərhlər