Menu

“Yaşlı və bədbəxt bir şəkildə gedəcək” – Tramp Baydenlə bağlı danışıb + VİDEO

04.07.2024, 13:02
“Yaşlı və bədbəxt bir şəkildə gedəcək” – Tramp Baydenlə bağlı danışıb + VİDEO

“Co Bayden yaşlı və bədbəxt bir şəkildə gedəcək”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin sabiq lideri, Respublikaçıların prezidentliyə namzədi Donald Tramp deyib.

Qolf meydançasından yayılan qısa videosunda Baydenin seçkidən geri çəkilib-çəkilməyəcəyi ilə bağlı öz fikirlərini bölüşən Tramp, onun yerinə ABŞ-nin vitse –prezidenti Kamala Harrisin gələcəyini iddia edib.

Ancaq Donald Tramp Harrisin daha yaxşı namizəd olacağını bildirsə də, onu da “bədbəxt” adlandırıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ mətbuatında Baydenin seçki yarışından çəkiləcəyi ilə bağlı xəbərlər yayılsa da, Ağ Ev bu xəbərləri təkzib edib və Baydenin yarışı sona qədər davam etdirəcyini dair bəyanat yayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol