“İDARƏETMƏDƏ SEVİLMƏYƏN İŞ HƏQİQƏTİ SÖYLƏMƏKDİR” - Deputatla QEYRİ-RƏSMİ SÖHBƏT
"Lent.az" saytının “Rəsmilərlə qeyri-rəsmi söhbət” rubrikasının qonağı Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc olub.
Onunla söhbəti oxucularımıza təqdim edirik:
- Zahid bəy, uzun illərdir sizi heç dəyişmədən görürük. Sanki yaşlanmırsınız, gənc qalmağınızın sirri var?
- Əgər belə təsir bağışlayırsa, çox şadıq. Müsahibə müsbət notda başlayır. Əlbəttə var. İnsanın düşüncə tipi 11 ildən bir dəyişir. Taleyinə təsir edən faktorlar da oradan qaynaqlanır. Biz gəncliyimizi xüsusilə güzəştsiz, impulsiv və emosional qərarlarla keçiririk. Əksinə olsaydı, həyat çox rəngsiz görünər və min illər tarixin axarını dəyişən inqilablar, üsyanlar, yaxud çevrilişlər baş verməz, standart və rutin mövcudluğu dünyanı dözülməz edərdi. Biz 44 yaşa qədər daha sərt və prinsiplərindən əsla vaz keçməyən birisi kimi görünmüşüksə, indi hər məsələdə alternativləri daha dərindən qiymətləndirən və uzlaşma tapmağa çalışan bir formaya, texnoloji dillə desək, moda üstünlük veririk. Çevrəmizdə müxtəlif küsülülük, inciklik, hətta barışmazlıq yaşayanlara münasibətdə indi tez-tez deyirəm - Alp dağlarını aşa bilirik, lakin bir mm hündürlüklü hikkəmizdən adlamaqda çətinlik çəkirik. Həyatın qanunları ilə, təbiətlə harmoniyanı itirsən, ömrün ritmini əldən qaçıracaqsan. Bax onda zamanla, zəmanə ilə, cəmiyyət və ətrafla konfliktin başlayacaq, daim konfrontasiya mühitində olacaqsan. Görürsünüz, el dilində belə bir söz var-filankəs davakar adamdır. Ona görə insanın fiziologiyası ruhu və xarakterinin məhsuluna çevrilir. Elmi kəşflər də bunu sübut edir. 2017-ci ildə Nobel mükafatı biosaatı, daha doğrusu bədənimizə qoyulan zaman çarxını-bioloji saatı, hətta ona cavabdehlik daşıyan zülalları da ixtira etdilər. Orqanizmimiz illik, aylıq, həftəlik və günlük bioloji ritmlərin üzərində qurulub. Elə bilin, Yer öz oxu və Günəş ətrafında necə dövr edirsə, bioritmlər də bizim içimizdə o cür fırlanır və hər saniyə ona uyğun maddələr mübadiləsi yaradır, ürək döyüntülərini təyin edir və idrakımızı, hərəkətlərimizi formalaşdırır.
Uşaq ikən bizə “Ana torpaq” şeirini öyrənəndə mənə qəribə gəlmişdi. Etiraz edib demişdim ki, mənim anam torpaq deyil, Minədir. 50 yaşda hiss edirsən ki, sən əslində torpağın bir parçasısan. Təbiətlə, Vətənlə konfliktə girmək olmaz, Herakl da olsan, uduzacaqsan. Pozitivliyi qorumağa çalışıram. Bəzən ətrafımdakılar deyirlər ki, sən bizim ölmüş hüceyrələrimizi, həyat enerjimizi oyadırsan. Sözlərin energetikasına çox inanıram. Leksikonumuzu ağır, ruhsuz, zərərli sözlərdən təmizləməliyik. İnsan həm sözdə, həm əməldə xeyirxah olmalıdır. Bir yaxşı əməlin 40 qapını açdığına dair mifoloji deyimlər elə-belə yaranmayıb. Bir zamanlar baş kulinarımız Tahir Əmiraslanov deyirdi ki, sevgi ilə hazırlanan xörəklər daha dadlı olur, çoxları onu qəbul etmirdilər, lakin bütün canlı aləm harmoniyadadır. Xeyirlə-şərin savaşı əbədidir və Xeyr həmişə qalib gələcəkdir.
- Kiməsə pisliyiniz dəyib?
- Heç zaman pislik etməmişəm.
- STM (Sosial Tədqiqatlar Mərkəzi) dövlətin yoxsa vətəndaşın maraqlarını üstün tutur? Məsələn bu günlərdə elan edilmiş qiymət artımı insanlarda etiraz yaratdı...
- Hər iki tərəfin maraqlarını düşünərək araşdırılan mövzularda reallıqları olduğu kimi əks etdirməyə çalışırıq. Tarixən idarəetmə sistemində sevilməyən iş həqiqəti söyləməkdir. Problemlərini qoyduğun nazirliklər, qurumlar mütləq səndən narazı qalır. Bunu 5 ildir şəxsi təcrübəmdə yaşayıram. Ölkə rəhbərinin bu məsələyə xüsusi diqqəti bizə dəstək olur. O, özü göstəriş verib ki, məlumatı rəngləmədən çatdırın. Biz elə də etmişik. Ona görə təhqiqat işlərimizin 70 faizi ictimailəşmir, çünki xidməti istifadə üçündür. Qələbədən sonra insanlarımız haqlı olaraq “zəfər süfrəsi” istəyir, qalib xalq tələbləri ilə çıxış edir və ənənəvi problemləri eyni hərbi həmlə ilə həllini arzulayır. Hər bir vətəndaş 44 günlük təhsil, səhiyyə, məşğulluq və sair fərdi planları cızır. Lakin son 4 il dünya miqyasında pandemiya ilə başlayan və qlobal təhlükəsizlik sisteminin çöküşü, embarqo və sanksiyalarla davam edən qiymət artımları hər yerdə, o cümlədən ölkəmizdə narahatlıq doğurur. Zəfər millətimizindir. Dəmir yumruğu təşkil edən qollar, biləklər və əllər Ali Baş Komandan başda olmaqla xalqa məxsusdur. Əlbəttə, məğlub dövrdən fərqli olaraq, hər bir insanımız yaxşı yaşamağı istəməkdə haqlıdır. 44 günlük müharibə qlobal layları tərpətdi, Qarabağ probleminin lokal xarakterli münaqişə olmadığını hamı gördü. Lakin hər birimiz son 30 ilin hadisələrdən eyni dərəcədə təsirlənmişik - Adlar, titullar və statuslar fərqli olsa da, hamımız bir damla şəhid ailəsi, qaçqın, köçkün, qarabağlı, göyçəliyik. Bizim nəslin taleyi bir-birinə çox oxşayır. Sanki bir millət - bir insan ömrü yaşanır. Əlbəttə, kimsə boğazından kəsib azad edilən ərazilərin daha tez qurulmasına razı olar, lakin hər bir insan övladı altruist ola bilməz. Yəni başqasının ömrünü yaşamaq həmişə mümkün olmur. Deyirik ki, Cənubi Qafqazın iqtisadi potensialının üçdə ikisi bizdədir, rəqəmlər onu sübut edir, belə olan təqdirdə qalib xalqın ermənilərdən və gürcülərdən 2 dəfə daha yaxşı yaşamaq kimi təbii istəyi formalaşır. Əlbəttə, dövlət bütün regional və beynəlxalq təhlükələri neytrallaşdıraraq, millətin sosial-iqtisadi gələcəyini formalaşdırır. Yəni, Norveçin yerində olsaydıq, xarici hərbi basqıları neytrallaşdırmaq zərurəti olmazdı. Ona görə, hər zaman deyirəm-qalib xalqı idarə etmək çətindir. Neft hasilatının aşağı düşməsi, Rusiya - Ukrayna müharibəsi fonunda ticarət zəncirlərinin qırılması, yeni dünya savaşı təhlükəsi istənilən hakimiyyətlər qarşısında fərqli çağırışlar yaradır. İstəmirəm söhbətimiz siyasiləşsin - rubrikanız fərqlidir. Lakin kollektiv Qərbin Ukraynaya verdiyi silahlarla fərqli miqyasları vurmaq icazəsindən sonra diqqət edirəm ki, cəmiyyətimizdə bir hərəkətlənmə varmı - yəni, kimsə investisiyasını dayandırır, pul kütləsini ölkədən çıxarmırmı? Şükürlər olsun ki, belə tendensiya yoxdur. Hakan Fidan 3-cü dünya müharibəsi təhlükəsini deyəndən az zaman keçib, halbuki cənab prezident 2023-cü ildə onun fərqli üsullarla aparıldığını söyləmişdi. Ona görə, Qarabağ qələbəsini yaşamaq üçün hələ böyük zaman fürsəti gərəkdir. Son 30 ildə azərbaycanlılar qədər qlobal transformasiyaya məruz qalan ikinci xalq yoxdur.
- İşləriniz həddən artıq çox və gərgindir. Özünüzə zaman tapa bilirsiniz?
- 90-cı illərdə ali məktəbin 1-ci kursunda Fəlsəfə dərsi Zaman və Məkanla başlayırdı. Tələbələr imtahan gözündən baxıb narazılıq edirdilər ki, nəyin hazırlığını edəcəyik? İndi dünyanı ölçən iki fundamental kateqoriyanın mənasını 30 ildən sonra daha yaxşı anlayırıq - nə zamanı hiss edirəm, nə də hansı lokasiyada olduğumuzu. Gündəlik informativ yük o qədər böyükdür ki, öz ömrümüzü yaşamağa vaxtımız yoxdur. Bir yaxın qohumum deyirdi ki, qohum-əqrəbalar imkan versəydilər, 6 ay da öz ömrümü yaşayardım. İnanın, dərin həyat məntiqi olan bu fikir bizə də aiddir- uzun illərdir öz ömrümü yaşamıram.
- İşə yoxsa qohumlara görə?
- Hər iki mənada.
- İmkanınız olsaydı 20-25 yaşlı Zahidə nə deyərdiniz?
- O qədər məsləhət verərdim ki. Məktəbin ən qaynar şagirdi idim. Ailədə dörd övlad olmuşuq. Ali məktəbi tək mən oxumuşam. Anası tərəfindən daim önə çəkilən, tikənin böyüyünü, yeməyin ləzizini haqq edən məktəbli Zahid üçün yeniyetməlikdə kəndin ən ünlü simalarının öyüdünü qazanmaqdan, arzusunu-diləyini eşitməkdən böyük xoşbəxtlik ola bilməz. Tələbəlik illərimiz 90-cı illərin qanlı mübarizələrində keçdi, lakin əsla içimizdə təəssüf hiss yoxdur. Oğlumun 7 yaşı olanda, heç bir riskə baxmadan onu avtobusa mindirib ucqar dağ kəndinə-doğulduğum yurda-nənəsinin yanına göndərmişdim ki, dağ insanlarını, zəhməti, sadə adamların əllərin qabarını, kənd uşaqlarının qaynar mühitini, zəngin təbiəti öz gözləri ilə görsün. Həyat zövqü formalaşsın. Aran adamlarının qəlbinə dəymək istəmirəm. Amma dağlarda yaşayan insanlar həyatı başqa cürdür. Sezardan Napaleona qədər hamısı uca dağların yetirməsidir.
- Ailəniz barədə də bilmək maraqlı olardı.
- 27 ilə yaxındır ailəliyəm, öz qrup yoldaşımla evlənmişəm. O həmişə hesablaşan tərəf olub, evimizin içinə cəmiyyətin gözü ilə baxmağı bacarıb. Bir müddət işləməyib, hazırda kitabxanada çalışır. Sadə bir insandır. Biz ailəlikcə həmişə sıradan-rütbəsiz adamlar içində olmuşuq. Qonşularla yaxşı münasibətlərimiz var. Təmsil etdiyim bölgədə də insanlarla ünsiyyətdən zövq almışam. Oğlum böyükdür, qızım kiçik. Övladlarımla dostam. Hər ikisi Britaniyada ali təhsil alıblar. Oğlum öncə dövlət proqramı ilə təhsil alırdı, sonra profilini dəyişmək istədi, bu da bizə xeyli problem yaratdı, çünki mən dövlətin ona ayırdığı təhsil haqqını geri qaytarmalıydım. Xaricdə təhsil proqramı ilə getmişdi. Qızıma qarşı münasibətim bir başqadır. Onu burada açıqlamaq istəmirəm. Britaniyada magistraturanı başa vurub. Alternativ enerji sahəsi üzrə mütəxəssisdir. Biz uzun illər çörəyimizi neftə batırıb yemişik, indi ölkə rəhbəri yeni eranı başlayır-Yerin altını deyil, Göyləri-daimi enerji mənbəyini iqtisadi-sosial və məişət həyatımıza daxil etməliyik. Lakin asan deyil-bütün yazılarımız, ədəbiyyatımız və elmimiz də neft təməllidir. Ona görə istədik övladımız yeni sektorda çalışsın. Bir ildir Londonda alternativ enerji sahəsində işləyir. İpoteka ilə orada ev almağa çalışır. Bunun üçün məndən maddi dəstək istəyir. Sonra qayıdacağını bildirir-anlaşmışıq.
- Dövlət hesabına təhsil alan gənclərimizin sonra xaricdə qalmasını nə dərəcədə doğru hesab edirsiniz? Bu bir az da beyin köçü deyilmi?
- Onlar ölkəyə qayıtdıqdan sonra Avropa standartları ilə yaşamaq, maaş almaq və bütün ətraf aləmi total dəyişmək istəyirlər. Fərqli fikir infrastrukturu ilə ölkəni köklü dəyişikliyə uğratmaq o qədər də asan yol deyil. 5-6 min dollar maaşla işə başlamaq daha böyük ambisiyaları və tələbləri doğurur. Burada konsensus tapmalıyıq. Çünki elita və bütün idarəetmə sistemində əsas ağırlıqlı ordu olan milli universitetlərin yetirmələri ilə balans olmasa, cəmiyyətdə tarazlıq pozular. Dövlət başçısı göstəriş verdi ki, xaricdə qalmaq istəyən tələbələrimizə mane olmayaq. Çünki dünyada Azərbaycanı təmsil edəcək ziyalı soydaşlarımıza da ehtiyac var. Qızım söz verib gələcək. Hər halda onun həyat baxışını anlamağa çalışırıq və “incə diplomatiya”dan başqa metodlar işləmir.
- Bir zaman ağır milli dəyərlərimiz var idi. Ata yanında uşağını qucağına almaq, qayınata yanında deyib-gülmək ayıb sayılırdı. Pərdəli dolanmaq tövsiyə olunurdu. Az öncə dediniz övladlarınızla dostsunuz? Belə münasibət formasına necə baxırsınız?
- O şəkildə sərt yanaşmanı qəbul etmirəm, bu şəhərdə mümkün də deyil. Amma müəyyən qaydalar var ki, o qalmalıdır. O mübhəmlik də müqəddəs idi. Atalar çox zaman ya baxışları ilə danışırdılar, ya da danışmasalar da, onları anlamaq olurdu.
- Özünüzə kənardan baxanda Zahid Oruc necə insandır deyərdiniz?
- Özü barədə bunları demək nə dərəcədə doğrudur, bilmirəm. Kənardan baxanda haqqımda öz baxış bucaqlarından qiymətləndirmiş yanlış təsəvvürləri, mühakimələri açıq görürük. İctimai fikri ədalətli sayıb-saymamaq hərənin öz işidir. Lakin publik insan millətin məhkəməsindədir - səni uğurlara görə öyəcəklər, lakin bircə yanlışını bağışlamayacaqlar. Onun fərqindəyik. Bir dəqiq qənaətim var-mübarizlik anamdan, sadəlik, insanlara çiyin vermək atamdan gəlir.
- Yenidən deputat olmaq fikriniz var?
- Əlbəttə var, qeyri-səmimi olmaq istəmirik. Komandada oldunsa, gərək prinsiplərə əməl edəsən-bizim bir rəhbərimiz var. Qərar necə olacaqsa, ona uyğun davranacağıq.
- Yaxanızda deputatın döş nişanını görmədim.
- Mən onu heç vaxt taxmamışam. Bayrağımıza, simvolumuza ehtiramımız böyükdür. Deyirlər, əvvəl nişan səni tanıdır, sonra sən nişanı. Mən döş nişanımı evdə bəlli bir yerdə qoruyub saxlayıram. Nişanı taxmaq mütləq qayda deyil.
- Kənardan heç vaxt gülümsəməyən, çox ciddi, sərt məmur təsiri buraxırsınız? Söhbət zamanı yanıldığımı gördüm. Romanik tərəfiniz var?
- Romantizm çox faydalıdır. Həyat ideallarımızı qurmağa kömək edir. Sırf praqmatik yaşasaq həyatın dadı olmaz. Qərar qəbuletmə prosesində hədsiz praqmatikəm. Əlbəttə formul belədir-nəyi istəyirsən arzula, lakin gerçəkliyi unutma. Düşüncələr materiallaşır, buna inanıram. Romantizmi olmayan rutin həyat yaşayan insan üçün həyat çox sıxıcı olar yəqin. Bayraq meydanımızın tikintisində 232 milyon ədəd daşdan istifadə olunmuşdu. Cənab Prezident Bərdədə olarkən görüş zamanı dedim ki, dövlət başçısı adi çay daşından dövlət daşı, bayraq daşı yaratmağı bacarıb. Bu fikir çox xoşuna gəlmişdi. Təəssüf ki, icraçılar...
- Həddən artıq elmi danışırsınız, hər fikrə fəlsəfi məna yükləyirsiniz. Çox mütaliəli insan olduğunuz hiss olunur. Mən yəqin ki, bu söhbəti yazanda dili xeyli sadələşdirəcəm, oxucu bunu hiss etməyəcək. Hər zaman beləsiniz?
- Bəli.
- Sadə insanlar sizi rahat anlaya bilirlər?
- Sadə insanlarla məişət dilində danışıram
- Marka, brend geyim həvəskarısınız? Məsələn Bakı istehsalı olan kostyum geyinirsiniz?
- 90-cı illərdə Volodarski adına fabrikin kostyumları çox yaxşı olurdu, geyinirdik. Zövqlə və yaraşanı geyinməyə çalışıram. Brendlərə aludə olan adamları qınamağın əleyhinəyəm, zövqlər mühakimə olunmur. Lakin yaxşı geyinmək, yaraşan ən əla markadır, deyimi kimi gəlir mənə.
- Deputatlar arasında bahalı saat, bahalı ayaqqabı geyinmək dəbdədir.
- Həmkarlarım barəsində seçki öncəsi danışmaq istəməzdim. Brend geyinməyi sevənlər də var, sevməyənlər də.
- Milyonçu olsanız bir “Hermes” çantasına 6 milyon dollar pul verərdiniz? Və ya bahalı “Rolex” saatına?
- Bunun üzərində heç vaxt düşünməmişəm. Bilmirəm. İndiki halda fikir bildirə bilmərəm, çünki “almazdım” desəm, sadə vətəndaşın rəğbətini qazanmağa çalışan obraza işləyərdik və süni olardı. Onun da öz həvəskarları var. Kiməsə bunu et, etmə demək doğru olmaz. Adamlar başqasının beynini çiyninə taxıb hərəkət etmir. Çox varlı insanlar tanıyıram ki, sadə bir həyat yaşayırlar.
- Qolunuzdakı saatın qiyməti nə qədərdir?
- Saatın qiyməti maddi dəyərində deyil, ona sahibinə “zaman gedir” mesajını verməsindədir-məşhur deyimdir. Qolumdakı saatın qiyməti 2 min manat olar. Onu da 50 illik yubileyimdə hədiyyə ediblər-hərçənd daha bahalı saatlar almaq imkanım olub və var. Saatın qiyməti qolumuzu, həyatımızı ucuz və bahalı eləmir.
- El dilində deyirlər böyük başın böyük dərdi olur. Yəni tanınmış simasansa xərclərin də çoxdur. Düzdür?
- Düzdür. Parlament üzvü ictimaiyyətə çıxırsa, bəlli bir standarta əməl eləməlidir. Onun öhdəlikləri, üzərindəki məsuliyyət fərqlidir. Amma bu əsas vermir biz deyək ki, sadə vətəndaşla parlament üzvü arasındakı yaşam fərqi qeyri-mütənasib olsun.
- Vəzifəniz olmasa, sadə bir həyata qayıtsanız, rahat yaşaya bilərsiniz? Tutaq ki, tanınmamış biri, yaşamaq naminə rahatlıqla bağban işləyə bilər...
- Şənbə-bazar günləri bağda oluram, bağ həyatını sevirəm, qutu evlərə yerləşmirəm, bağbanlıq xoşuma gəlir. Həyatım əsla köklü, kardinal dəyişməz. Əlbəttə, gəlirlərin azalır, sənə ictimai münasibət dəyişir, zənglər seyrəlir. İşdən gedən adama “vuruldu” epitetini ötən on illərin ən ağır mirası adlandırırdım. Onu mediamız, təhsil sistemimiz və məişətimiz dəyişsə, adamlar kreslodan zirvədən yıxılan kimi getməzlər. Böyük Cəlilin “çuxam ye” söhbətinin bir əsr yaşı var. İnanın bir çox vəzifədən çıxan dostlarımızı daim axtarıram. İntellektual bir klubumuz var, orada görüşüb tez-tez söhbətləşir, fikir mübadiləsi aparırıq. Mən Tereza Ananın fəlsəfəsini çox sevir və onu tirajlayıram. O deyir, “min dəfə yaxşılıq edəcəksən, unudacaqlar, bir dəfə edə bilməyəcəksən, yadda saxlayacaqlar”. Demir “etməyəcəksən”, deyir, “imkanın olmayacaq”! Lakin dünya xeyirxahı və məzlumların hamisi Ana Tereza əsil həyat idealını hamıdan fərqli görərək, əsil şedevr sonluq verir, deyir:” lakin usanma, davam et”!
Gözəl deyimdir, eləmi? Bütün divarları ayaqda saxlamalısan ki, həyatımızın harmoniyası Şuşa kimi özümüzə qayıtsın. Bax söhbətimizin əvvəlini və yekununu birləşdirən fikir bu oldu.
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Velə deoutatları olan ölkənin nə gələcəyi olacaq?HGötün Azərbaycanda kimlər Millət vəkili.yüksək vəzifəərə təyin olunur.Dıəhşət!
başa düşdük ,bu kimdir ?