"Hazırda Rusiyanın hərbi üstünlüyü var. Bu gün danışıqlar aparılmır, ancaq bu mövzu ətrafında sadəcə, səs-küy yaradılır. Putinin Ukrayna ilə bağlı bəyanatları var ki, bu da mahiyyət etibarilə kapitulyasiyanı nəzərdə tutur. Bizim üçün isə bu, qəbuledilməzdir. İlin sonuna qədər sülh danışıqları olmayacaq. Müxtəlif təşəbbüslər, məsləhətləşmələr, bəyanatlar və sair olacaq. Başqa heç nə olmayacaq”.
“AzPolitika” xəbər verir ki, bunu tanınmış ukraynalı siyasi təhlilçi ,“Penta” Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Vladimir Fesenko deyib.
O, qeyd edib ki, bu gün Qərb tərəfindən Ukraynanın Putinlə danışıqlara məcbur edilməsi yoxdur, lakin gələcəkdə danışıqların mümkünlüyü də istisna deyil. Onun sözlərinə görə, bir çox siyasətçilər Ukraynanın danışıqlara güclü mövqedən başlamalı olduğunu deyirlər.
Fesenkonun fikrincə, Donald Tramp ABŞ-də hakimiyyətə gələrsə, Ukrayna Rusiya ilə danışıqlara sövq edilməyə başlaya bilər, lakin bu, o demək deyil ki, danışıqlar Rusiya şərtləri ilə olmalıdırlar: “Həm Ukraynaya, həm də Rusiyaya cəbhə xəttində hərbi əməliyyatların dayandırılmasına razılıq vermələri üçün təzyiqlər olacaq. Trampın köməkçiləri deyirlər ki, əgər Putin razılaşmasa, o zaman Ukraynaya silah tədarükünü artırmaq lazımdır. Bu, bizim üçün məqbul variant olardı, amma indi ABŞ prezidenti seçiləcəyi təqdirdə Trampın siyasətinin necə olacağını demək mümkün deyil”.
“AzPolitika.info”


Şərhlər