Menu

Türkiyənin “Hürjet” təyyarəsi növbəti uğurlu uçuşunu keçirib - VİDEO

11.07.2024, 11:29
Türkiyənin “Hürjet” təyyarəsi növbəti uğurlu uçuşunu keçirib - VİDEO

Türkiyənin ilk reaktiv mühərrikli təlim təyyarəsi “Hürjet” növbəti uğura imza atıb.

“AzPolitika” xəbər verir ki, bu barədə TUSAŞ şirkətinin Baş direktoru Mehmet Demiroğlu sosial media hesabından paylaşım edib.

“Hürjet”-in 79-cu uçuşunun uğurla həyata keçirdiyini açıqlayan Dəmiroğlu, təyyarənin 30 min fut yüksəklikdə 0,9 Mach sürətə çatdığını bildirib.

Demiroğlu “Hürjet”-in Türkiyə aviasiyasının gücünə güc qatacağını qeyd edib.

Qeyd edək ki, Türkiyə 2025-ci ildən ay ərzində ən azı 2 “Hürjet” istehsal etməyi planlayır.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol