Menu

Rusiyada terror aktının qarşısı son anda alınıb – FSB məlumat yaydı

12.07.2024, 10:35
Rusiyada terror aktının qarşısı son anda alınıb – FSB məlumat yaydı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Şimali Qafqazda terror aktının qarşısının alındığını açıqlayıb.

“AzPolitika” xəbər verir ki, FSB naməlum vətəndaşın Şimali Qafqazda Adıgey bölgəsinin mərkəzi Maykop şəhərində yerləşən kilsədə terakt planlaşdırdığını bildirib.

“Terrorçu Maykop şəhərində dini quruma hücum edərək, din xadimlərini və mühafizəçiləri öldürməyə, sonra isə binanı yandırmağa hazırlaşırdı”,-deyə məlumatda qeyd olunub.

Rusiya rəsmiləri şübhəlinin üzvü olduğu təşkilata aid bir bayraq, sursat və bıçaq, həmçinin yandırıcı qurğunun hissələrini ələ keçirdiklərini bildiriblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol