Menu

"Trampa və mənə qarşı sui-qəsd oxşar ssenari ilə təşkil edilib" - Slovakiyanın baş naziri

14.07.2024, 23:38
"Trampa və mənə qarşı sui-qəsd oxşar ssenari ilə təşkil edilib" - Slovakiyanın baş naziri

"ABŞ-nin keçmiş prezidenti Donald Trampa və mənə qarşı sui-qəsd oxşar ssenari ilə təşkil edilib".

Bunu Slovakiyanın Baş naziri Robert Fitso özünün "Facebook" səhifəsində yazıb.

"Donald Trampın siyasi opponentləri onu susdurmağa çalışırlar və uğursuzluğa düçar olanda hansısa zavallı adam silaha əl atana qədər ictimaiyyəti qıcıqlandırırlar. İndi də biz barışıq, sakitləşmə və bağışlanma zərurəti haqqında çıxışların şahidi olacağıq", - deyə Slovakiyanın baş naziri əlavə edib.

Xatırladaq ki, Trampa qarşı sui-qəsd cəhdi iyulun 13-də, Fitsoya qarşı silahlı hücum isə mayın 15-də baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol