Menu

YAP seçki həyəcanını artırır – Namizədlərini açıqlamaması kimlərin işini çətinə salıb?

15.07.2024, 20:43
YAP seçki həyəcanını artırır – Namizədlərini açıqlamaması kimlərin işini çətinə salıb?

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 1 sentybada keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərini açıqlamaması maraqlı situasiya yaradıb.

Qeyd edək ki, deputat olmaq istəyən bitərəflərin əksəriyyətivə bəzi siyasi partiyalar YAP-ın seçki dairələri üzrə qərarını gözləyirlər. Hakim partiyanın qərarına uyğun olaraq namizəd olub-olmayacaqlarını, yaxud dairə seçimlərini müəyyən etməyi doğru sayırlar.

Qeyd edək ki, YAP-ın namizədlərinin siyahısını 13 iyul tarixinə qədər açıqlayacağı gözlənilirdi. Amma görünür, ölkə başçsının ayın ilk iki həftəsndəki gərgin iş qrafiki hakim partiya rəhbərliyinə yekun namizədlər siyahsını YAP lideri ilə razılaşdırmağa mane olub. Gözlənilir ki, qarşıdakı günlərdə YAP qərarını açıqlayacaq və namizədlərinin sənədlərini müvafiq Dairə Seçki Komissiyasına (DSK) göndərəcək.

Seçki Təqviminə görə, namizədlərin irəli sürülməsi və imzaların toplanıb təhvil verilməsi üçün son müddət avqustun 2-də bitir. Bu tarixə qədər həm iqtidar partiyası, həm də onun qərarına görə tərəddüd içində olan bitərəf namizədlər sənədlərini müvafiq quruma təqdim edib imza vərəqələri götürməli və imzatoplama kampaniyasına başlamalıdırlar. Növbəti 1 həftə namizədlərin qeydiyyatı ilə bağlı DSK-ların qərar verməsi, MSK-nın şikayətləri araşdırması üçün qoyulan müddətdir.

Avqustun 10-dan isə seçkilərin təbliğat-təşviqat dövrü başlayır və proses 20 gün davam edəcək. 1 sentyabr isə səsvermə günüdür.

Rasim

“AzPolitika.info”       

Şərhlər

Moshu 2024-07-16 07:06:36

Nə qədər ki, YAP-ın barmağı SEÇKİNİN bir yerindədir, günümüz qara olmaqda davam edəcək. YAP-ın Parlamentdə öz üstünlüyünü təmin etməsi başa düşüləndir, lakin koru aparıb gözü görməyən yerdə oturtması başa düşülən deyil. Bu mənim qohumumdur, bu dayı oğludur, ya qızıdır. Əzizlərim, bu şərq mentalitetindən əl çəkməliyik. Hamının lağ elədiyimiz İranda keçirilən Prezident seçkilərində türk əsilli Məsud Pezeşkianın qutudan qalib çıxması hamımıza dərs olmalıdır. Bu İran demokratiyasının bariz nümunəsidir. Gənclərə, bitərəf, ölkənin mənafeyini uca tutan demokratik ruhlu insanlarımıza yoı açılmalıdır. Nəhayət ki, Azərbaycanımızın 30 illik mürtəce təcrübəsinə qon qoyulmalıdır,

Mubariz 2024-07-15 20:37:13

Demişdim axı , YAP özlərini müxalifət sayanları artıq heç avtobusa da mindirməyəcək ,onların olmayan nüfuzlarınıda sıfırlayacaq ,ələbaxan öyrədəcək .Bu adamları YAP ancaq məhkəmələrdə üzəduran qismində istifadə edəcək ,birdə ki ,Tural Abbaslı bütün qohum əqrabasını ( Qaynatasını , həyat yoldaşını və s ) namizəd göstərib .Deməli bu cırtdan partiyalar ancaq ailə üzvlərindən ibarətdir .Narahat olmasınlar ,bəzilərinə yer ayıracaqlar ,Seçkidən isə ancaq AzPolitika yazır .Doğurdan da seçki olacaq ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol