Menu

"Pezeşkianın birinci səfəri Azərbaycana və Türkiyəyə olsa..." - Güneyli jurnalist

15.07.2024, 17:57
"Pezeşkianın birinci səfəri Azərbaycana və Türkiyəyə olsa..." - Güneyli jurnalist

“Milliyyətcə azərbaycanlı olan Məsud Pezeşkian diqqətini həm də Azərbaycan və Türkiyə ilə əlaqələrin möhkəmlənməsi üzərində cəmləşdirə bilər”.

"AzPolitika" xəbər verir ki, bunu güneyli jurnalist Fuad Muxtar Ağbabalı “Gözlənilməz qələbə: Pezeşkianın qələbəsi İranın işıqlı gələcəyinə ümid verir” sərlövhəli məqaləsində qeyd edib.

Jurnalist yazıb ki, Rusiya və digər Asiya nəhəngləri ilə strateji iqtisadi münasibətlərin möhkəmləndirlməsi İranın yeni prezidenti üçün prioritet olacaq. Onun fikrincə Pezeşkina İran-Azərbaycan, eləcə də İran-Türkiyə münasibətlərinə müsbət töhfə verə bilər.

Məqalədə qeyd olunur ki, əgər Pezeşkianın birinci səfəri Azərbaycana və Türkiyəyə olsa, bu, möhkəm regional əlaqələr istiqamətində irəliləyişə səbəb olacaq.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol