Menu

Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə səhnədə - Onu belə qarşıladılar + VİDEO

16.07.2024, 10:39
Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə səhnədə - Onu belə qarşıladılar + VİDEO

ABŞ-nin sabiq prezidenti Donald Tramp bir neçə gün əvvəl ona qarşı edilən sui-qəsd cəhdindən sonra ilk dəfə görüntülənib.

Prezidentliyə namizəd Respublikaçılar partiyasının Viskonsin ştatında keçirilən qurultayında iştirak edib və burada səhnəyə çıxıb.

Bu, Trampın insidentdən sonra ictimaiyyət qarşısında ilk çıxışı olub.

Onun sağ qulağının sarğıda olması diqqət çəkib.

Qeyd edək ki, Respublikaçılar partiyası qurultay zamanı Donald Trampın prezidentliyə namizədliyini rəsmi olaraq təsdiq edib.

Onu da xatırladaq ki, iyulun 14-də 78 yaşlı D.Tramp Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. Onun zərərsizləşdirildiyi bildirilib. Hələlik onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil. (Qafqazinfo)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol