Menu

İşdən çıxarılan Səyyad Arandan açıqlama – “Heç bir mənfi işim olmadı...”

16.07.2024, 12:43
İşdən çıxarılan Səyyad Arandan açıqlama – “Heç bir mənfi işim olmadı...”

“Heç bir şeydən narazılığım yoxdur, uzun illər çalışmışam. İndi də cənab Prezident belə qərar verdi. Allah prezidentimin canını sağlam eləsin, onun heç bir yeri ağrımasın, balalarını gözünə çıraq eləsin”.

Bunu Prezidentin sərəncamı ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilən Səyyad Salahlı (Aran) “Gününsəsi.info”-ya açıqlamasında deyib.

Fəaliyyəti dövründə həm mərhum Prezident Heydər Əliyevdən, həm də Prezident İlham Əliyevdən böyük diqqət, dəstək gördüyünü vurğulayan Səyyad Salahlı, ona yüksək qiymət verildiyini deyib: “Mən də fəaliyyətim dövründə çalışdım ki, bu etimadı doğruldum. Adım hər hansı mənfi işlərdə çəkilmədi. Dövlətimə, onun başçısının siyasətinə xələl gətirəcək heç bir mənfi işim olmadı. Bunu istər parlament, istər diplomatik, istərsə də komitədəki fəaliyyətimə istinadən deyirəm. Sevinirəm ki, müasir dövrümüzün ən parlaq şəxsiyyəti tərəfindən qiymətləndirilmişəm. İnanıram ki, bundan sonra da İlham Əliyev Azərbaycanı gözəl günlərə çıxaracaq”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol