Menu

Etibar Əliyev maarifçi missiyasını davam etdirir – Millət vəkilinin yeni yazısı

17.07.2024, 13:12
Etibar Əliyev maarifçi missiyasını davam etdirir – Millət vəkilinin yeni yazısı

Tanınmış təhsil eksperti, VI çağırış Azərbaycan Milli Məclisinin üzvü Etibar Əliyev XXI əsrin maarifçisi kimi missiya daşıyır, o, çoxumuzun tanış olmadığımız kitablarla, elmi əsərlərlə, filosfların, alimlərin müsahibələri, fikirləri ilə bizi tanış edir və nəticədə geniş oxucu auditoriyası qazanıb. Millət vəkili oxuduğu, zəngin kitabxanasında yer alan kitabları cəmiyyətə təqdim etməkdə davam edir.

Millət vəkilinin bu qəbildən olan növbəti yazısını oxuculara təqdim edirik:

Oksford Universitetinin farmakologiya üzrə professoru, Böyük Britaniya Kral İnstitutunun direktoru, Britaniyanın və dünyanın 32 xarici universitetinin fəxri doktoru, elmin populyarlaşdırılmasının görkəmli nümayəndələrindən biri baronessa Süzan Qrinfildlə müsahibədən:

SUAL: Güman edilir ki, insan öz beyninin 3-5 faiz potensialından istifadə edir. İntellektual əməyin bunu artırmaq imkanları varmı?

CAVAB: Bu rəqəmin haradan götürüldüyünü bilmirəm, lakin bu barədə mən də tez-tez eşidirəm. Əslində insan beyninin 3, yaxud 10 faiz işləməsini sübut edən elmi dəlil yoxdur. Tamoqrammalara diqqət etsəniz görərsiniz ki, insan beyninin böyük kəsimi çox aktiv çalışır. Bizi əndişələndirən başqa məsələdir: beyinin potensialından hansı formada effektiv istifadə etmək olar. Əlbəttə ki, yaşla bağlı bu problem daha da kəskinləşir. Ancaq alimlər dəqiq bilirlər ki, beynin daima intensiv işləməyə məcbur edilməsi altsheymeri (bu xəstəlik yaddaşda, davranışda və təfəkkürdə ciddi problem yaradır) aradan qaldırır. Ümumiyyətlə artıq altsheymerə tutulmamaq və ya onu aradan qaldırmaq insanın təhsilindən asılıdır. Mən burada intellektual inkişafı nəzərdə tutmuram, təhsil prosesini nəzərdə tuturam. İnsan oxuyan zaman onun beyni işləyir.”

S.Qrinfildin 2016-cı ildə yazdığı "Beyinin həyatında bir gün" kitabı Qərdə bestsellerdir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol