Menu

Ukrayna defoltdan qurtula bildi - Baş nazir bəyan etdi

22.07.2024, 14:00
Ukrayna defoltdan qurtula bildi - Baş nazir bəyan etdi

2024-cü ilin iyununda Ukraynanın təxminən 20 milyard dollarlıq beynəlxalq borcun restrukturizasiyası ilə bağlı Avropadakı iri istiqraz sahibləri ilə razılığa gələ bilmədiyi barədə məlumat yayılmışdı. 

Bu vəziyyət Ukraynada defolt, müflisləşmə təhlükəsi yaratmışdı. Həmin vaxt Ukraynanın Maliyyə naziri Sergey Marçenko danışıqların davam etdiriləcəyini bildirmişdi. O, hökumətin avqustun 1-dək razılığa gələcəyini gözləyirdi.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Ukrayna borcun restrukturizasiyası prosesində mühüm mərhələ olan Avrobond Sahibləri Komitəsi ilə prinsipial razılaşmaları uğurla əldə etdiyini açıqlayıb.

Bu barədə ölkənin Baş naziri Denis Şmıqal məlumat verib: "Bu gün biz Ukraynanın Avrobond Sahibləri Komitəsi ilə prinsipial razılıq əldə etmişik. Bu, borcun restrukturizasiyası prosesində mühüm mərhələdir və bununla növbəti üç il ərzində borcun ödənilməsinə yönəlməli olan 11,4 milyard dollar və 2033-cü ilə qədər 22,75 milyard dollar vəsaitə qənaət ediləcək". 

Yəni, borca ödənməli olan vəsait başqa istiqamətlərə xərclənəcək.

Baş nazirin sözlərinə görə, bu yolla təcili ehtiyacların - müdafiə, sosial müdafiə və yenidənqurma işləri üçün azad vəsaitlərin yaranmasına imkan yaranır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol