Menu

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

22.07.2024, 14:48
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini daha 6 ay uzatmaq qərarına gəlib.

“AzPolitika” xəbər verir ki, bu barədə Aİ bəyanat yayıbş

Bəyanatda Aİ-nin indiyədək Rusiyaya qarşı 14 sanksiya paketi həyata keçirdiyi vurğulanıb. Qeyd olunub ki, Rusiyaya qarşı ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat sahələrinə, o cümlədən qızıl və almaz, neft və kömür kimi məhsulların idxalına geniş məhdudiyyətlər tətbiq edilib. 

Həmçinin Rusiyadan Aİ-yə dəniz yolu ilə daşınan xam neftin və bəzi neft məhsullarının idxalına da qadağa qoyulub, bəzi Rusiya bankları SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılıb.

Xatırladaq ki, Aİ ilk dəfə 2014-cü ildə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etmək qərarına gəlib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol