Menu

Qızı deputatlığa namizəd olan Fəzail Ağamalıdan açıqlama - "Məni rahat buraxın"

22.07.2024, 20:35
Qızı deputatlığa namizəd olan Fəzail Ağamalıdan açıqlama - "Məni rahat buraxın"

Xəbər verdiyimiz kimi, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcək.

Onun deputat olduğu 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən isə Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının qızı Günay Ağamalı iştirak edəcək.

Salyandan olan tanınmış yazıçı-filoloq hacı Cəfər Cəfərli Günay Ağamalının seçkilərdən öncə səsləndirdiyi "Salyan camaatının mənə olan etimadını yüksək qiymətləndirirəm. Bu etimada layiq olmağa çalışacam” fikirlərinə etiraz edib. O bu haqda sosial şəbəkədə yazıb.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu haqda danışmaq istəmədiyini deyib: "Məni rahat buraxın. Seçkilərlə və bu məsələ ilə bağlı heç kimə açıqlama vermək istəmirəm".Qeyd edək ki, Fəzail Ağamalı seçkilərdə iştirak etməməsini səhhətində olan problemlər əlaqələndirmişdi: "Bu il seçkilərdə iştirak etməyəcəm. Səhhətimdə bəzi problemlər var. Ona görə namizəd olmamağı qərara aldım. Artıq qızımın namizədliyi təsdiq olunub. Qızım, Günay Ağamalı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub”.

Şərhlər

RR 2024-07-23 15:18:25

Derdee menzerediyeee

Roma 2024-07-23 09:28:43

Bəhrami adı ilə yazana: Yazırsınız ki, """Mən belə işlərdən çox uzaq sadə bir vətəndaşam. Amma, tam əminəm ki azı iki ildən sonra Günay Fəzail qızı cəmiyyətimiz-dövlətimiz üçün hazırki deputatların hamısında faydalı Millət vəkili olacaq. Gəlib-gətirilib keçənlərin görüb-duymadıqlarını, ya səsləndirmədiklərini diqqətdən kənarda qoymayacaq?"""Fəzail Ağamalının Xalq arasında nüfuzu, hörməti hətda 0 (sıfır) da deyil, yəni mənfidir. Qızı da ictimaiyyət arasında tanınmır və siz də deyirsiniz ki, 2 ildən sonra o MM-də hamıdan faydalı deputat olacaq. Adamdan soruşarlar, hardandı belə əminlik???, bəlkə atası kimi, hansısa deputatı, çıxışına görə şapalaqlamağı bacaracaq???

RR 2024-07-23 08:12:40

Derdee menzerediyeee

Fəzailə 2024-07-22 22:56:26

Sən heç o dünyada da rahat buraxılmayacağını düşün.Nə qədər baislik etdiklərini yadına sal!

Bəhrami 2024-07-22 17:59:41

Mən belə işlərdən çox uzaq sadə bir vətəndaşam. Amma, tam əminəm ki azı iki ildən sonra Günay Fəzail qızı cəmiyyətimiz-dövlətimiz üçün hazırki deputatların hamısında faydalı Millət vəkili olacaq. Gəlib-gətirilib keçənlərin görüb-duymadıqlarını, ya səsləndirmədiklərini diqqətdən kənarda qoymayacaq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol