Menu

Qazaxda piyadanı avtomobil vuraraq öldürüb

28.07.2024, 21:04
Qazaxda piyadanı avtomobil vuraraq öldürüb

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Alpout kəndində 1959-cu il təvəllüdlü Asif Şamoy oğlu Həsənovu avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol