Respublikaçıların prezidentliyə namizədi Donald Tramp ABŞ vitse-prezidenti Kamala Harrisin prezidentlik yarışında hazırkı ABŞ lideri Co Baydendən daha pis namizəd olduğunu bildirib.
“AzPolitika” xəbər verir ki, Tramp “Fox News” televiziyasına müsahibəsində prezident Baydenin yarışdan çəkilməsindən sonra Demokratların rəsmi namizədi olacağı gözlənilən Harrisi “radikal solçu” adalandırıb.
Tramp Harrisin çox və boş danışdığını deyib. Həmçinin qəribə gülüş tərzi ilə sosial mediada gündəmə olan Harrisin təbəssümünü tənqid edən Tramp, “Bu gülüş dəli adamın gülüşüdür” ifadəsini işlədib.
“AzPolitika.info”


Şərhlər