Menu

Haniyənin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum oldu - Yatdığı otağa...

31.07.2024, 12:48
Haniyənin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum oldu - Yatdığı otağa...

Raket birbaşa İsmayıl Haniyənin yatdığı otağa tuş gəlib.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin "The New York Times" nəşri məlumat yayıb.

Məlumatda baş verən hadisə İranın imicinə böyük zərbə vurduğu qeyd olunub.

"Bu o deməkdir ki, İranda olan istənilən İsrail düşməni açıq hədəf ola bilər", -deyə ABŞ nəşri bildirib.

Nəşr həmçinin maraqlı bir məqama diqqət çəkib. Belə ki, son illər İ.Haniyə Qətərdə yaşayırdı. Qətər İsraillə qeyri-rəsmi normal münasibəti olan ölkədir. İndiyə qədər Qətərdə heç bir HƏMAS rəsmisi öldürülməyib.

Qeyd edək ki, HƏMAS rəhbəri İsmayıl Haniyənin Tehranda qaldığı iqamətgaha Tehran vaxtı ilə gecə saat 2 radələrində birbaşa raket zərbəsi endirilib. Haniyə və mühafizəçisi olduqları yerə birbaşa zərbə nəticəsində həlak olublar.

HƏMAS sözügedən hücumla əlaqədar İsraili günahlandırsa da, rəsmi Tel-Əviv hələlik  bu ittihamlara münasibət bildirməyib.

"AzPolitika.info"

Şərhlər

Babək 2024-07-31 13:33:59

İsrail dünyanın ən qədim dövləti deyilən İranın şərəf və ləyaqətini alçaltdı, başını yerə soxdu və bu terrorla Xamneyiyə dedi ki, sənin özünü də yatdığın yataqda partladaram. İndi İranın başçısı Xamneyi əvvəlki dəfələrlə olduğu kimi bir iki dəfə hədə-qorxu gələcək, asıb-kısəcək və sonra yaddan çıxdı deyib bu təhqirləri lombasl ilə udacaq. Budur İranın fars rejiminin siması. Heç bir ləyaqətli dövlət buna dözməzdi amma İran qəbul edəcək ..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol