Menu

“Makron məni də dəvet emişdi, nəvəm gəlib dedi ki...” – Ərdoğandan maraqlı açıqlamalar + VİDEO

31.07.2024, 13:36
“Makron məni də dəvet emişdi, nəvəm gəlib dedi ki...” – Ərdoğandan maraqlı açıqlamalar + VİDEO

“Makron Fransadakı Yay Olimpiya Oyunlarının açılış mərasiminə məni də dəvət etmişdi. Mən də gələ biləcəyimi demişdim. 13 yaşlı nəvəm gəlib mənə dedi ki, “baba, getmə”. Niyə? dedim. “Onlar orada LGBT nümayişi keçirəcəklər” dedi. Sonra mənə “İnstaqram”dan həmin görüntüləri göstərdi. Dedim ki, yaxşı qızım getməyəcəm”.

“AzPolitika” xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan hazırda Fransada davam edən olimpiada ilə bağlı danışarkən deyib.

Ərdoğan olimpiya oyunlarının açılış mərasimində birmənalı qarşılanmayan görüntülərlə bağlı tənqidi çıxış edib. O, insanları birləşdirməli olan beynəlxalq idman tədbirinin açılış mərasimini insanlığa, təbiətə, insanı insan edən dəyərlərə qarşı düşmənçilik adlandırıb.

“Bizim əqidəmizə görə insan yaradılışın ən şərəflisidir. Parisdə həyata keçirilənlər ən üsy yaradılış hesab olunan insan övladını heyvandan da aşağı bir səviyyədə göstərmək layihəsidir.İlk fürsətdə Papaya zəng edəcəm. Orada bütün bəşəriyyətin başına gətirilən əxlaqsızlığı paylaşacağam. Olimpiada nəsillərin təhlükəsizliyini və sağ qalmasını təhdid edən təhrif aləti kimi istifadə edilib. Ən məsum varlıqlarımız, uşaqlarımız iyrənc şəkildə hədəfə alınıb. Parisdəki biabırçı səhnə təkcə katolik və xristian dünyasını deyil, onlar qədər bizi də incitdi, bizdə də hiddət doğurdu”,-deyə Ərdoğan bildirib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol