Menu

“Qonağın qanını tökməyin ağır cəzası var” - SEPAH generalı İsraili hədələdi + VİDEO

31.07.2024, 14:13
“Qonağın qanını tökməyin ağır cəzası var” - SEPAH generalı İsraili hədələdi + VİDEO

"Evimizdə qonağın qanını tökməyin ağır cəzası var. Bu cəzanın nə olduğunu sionistlərə bildirməyə hazır olun”.

"AzPolitika" xəbər verir ki, bunu İran İnqilab Keşikçilərinin (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadə HƏMAS lideri İsmayıl Həniyənin Tehranda qətlə yetirilməsinə münasibət bildirərkən deyib.

SEPAH generalı çıxışında HƏMAS liderinin qısasının alınacağını və bu dəfə İsrailə daha çox raketlərlə hücum ediləcəyini açıqlayıb.

"Mən və silahdaşlarım səbirsizliklə ikinci əməliyyatın vaxtının başlamasını gözləyirik. Bu əməliyyat zamanı İsrailə nə qədər raket atılacağını deyə bilmərəm", - deyə Əmir Əli Hacızadə vurğulayıb.

"AzPolitika.info"


Şərhlər

Vəli 2024-07-31 16:04:11

Qasım Süleymani öldürüləndə də belə hap-gop edirdiniz. Nə etdiniz və ya edə bildiniz. İsrail qonağınız öldürməklə İranın sifətinə, ləyaqət və şərəfinə tüpürdü. Ləyaqət və şərəfinə vurulan bu ləkəni ya təmizləyəcəksiniz ya bu çirkabı alnınızda alçaqcasına daşıyacaqsınız.

Behriman 2024-07-31 15:22:58

Güney-Qardaş-Qonşumuz İran, (1978-79cu illərdən Yeliseyin tövsiyə, dəstəyi ilə) öz Dövləti-varını guya dini-millətçi saflıq naminə *İnqlab* qiyamı ilə ölkəni küffeyi-kün edib, özünü İslam mühafizəkarı bəyan edib. Paris digər Mərkəzlə İranı, artıq (1966dan) islama qarşı başladılmış yeni dünyəvi dini-ərazi-sərvət müharibəsinin potensial təxribatçısı(pravokator) kimi sazladı? Lakin, çox gec idi. Kəşfiyyatın seçdiyi dövlətləri, subyekt-obyekt və hətta sahibkarlarını belə artıq on il öncədən daimi nəzarətə almış?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol