Haniyənin öldürülməsi Yaxın Şərqdəki xaosu dərinləşdirəcək.
“AzPolitika” xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı İranın paytaxtı Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı danışarkən deyib.
“İsrailin Qəzzaya və Livana hücumları ilə eyni vaxtda İsmayıl Haniyənin öldürülməsinin şübhəsiz ki, dəhşətli nəticələri olacaq. Təsadüfi deyil ki, bu sui-qəsd İsrail baş nazirinin ABŞ-yə səfərindən sonra Tehranda baş verib. Təbii ki, bu sifarişi verən, buna dəstək olan, bu mühiti yaradan şəxs həm də böyük bir məsuliyyət daşıyır. Kartlar açıq şəkildə oynanır. Adı hələ qoyulmamış bir müharibə vəziyyəti dövriyyədədir”,-deyə Baxçalı qeyd edib.
“AzPolitika.info”


Şərhlər